» YENİ YANAŞMA İKİQAT İCMA DƏSTƏYİ

 
 
 

YENİ YANAŞMA İKİQAT İCMA DƏSTƏYİ

Baxılıb: 509

  • Tarix: 7-11-2016, 14:22
  • İcmamız AzKİL 2 ilə əməkdaşlıq çərçivəsində həyati vacib sosial infrastruktur layihələri ilə yanaşı, icma əsaslı gəlir gətirən layihələrədə imza atdı. Sosial iqtisadi layihələr icma üzvləri tərəfindən müəyyən edildi, seçildi və dəstəkləndi. Bu layihələr İcma daxili yolların təmiri, Dren kanallarının təmizlənməsi, İcmanın abadlaşdırılması və gəlir gətirən layihə olan Süd toplama və emal müəssisəsi- nin təşkilidir.
    Bu layihələrin reallaşmasında ən vacib hal icma üzvlərinin iştirakı və dəstəyi oldu. AzKİL 2 ilə əməkdaşlığımızın ilk mərhələsindən başlayaraq kənd İcra nümayəndəsi, Bəldiyyə və icma üzvləri layihələrin reallaşması üzrə bütün məsuliyyəti öz üzərlərinə götürdülər. Göstərilən dəstək sayəsində layihələr uğurla başa çatdı. Biz əminliklə deyə bilərik ki, uğurlu fəaliyyətimizin əsasında icma üzvlərinin iştirakı və dəstəyi durur.
    İkinci belə bir dəstəyi biz icmamızdan kənarda Bakı və Sumqayıt şəhərində yaşayan icma üzvlərimizdən aldıq. Belə ki, bu şəhərlərdə məskunlaşmış icma üzvlərimizin kənd təsərrüfatı və heyvandarlıq məhsullarına olan tələbi əsasən icmadan göndərilən məhsullarla ödənilir. Bu məhsullar ictimai nəqliyyat vasitəsi ilə il boyu həmin icma üzvlərinə göndərilir. Məhsul və xidmətə görə ödəmələr tərəflər arasında əldə olunmuş qarşılıqlı razılaşma ilə tənzim olunur.
    İcmada yeni fəaliyyətə başlamış Süd toplama və emal müəssisəsi- nin əməkdaşları həmin icma üzvləri ilə əlaqə saxlayaraq öz xidmət və məhsullarımızı onlara təklif etdik. Keyfiyyətli və mənşəyi bəlli yerli süd və süd məhsullarını (kərə yağı, ağ pendir) almaqda maraqlı olduqlarını bildirdilər. Onların yerli və halal emal məhsullarına olan ehtyaçı bizim üçün bazar imkanına çevrildi. Hal hazırda icmamızdan kənarda yaşayan icma üzvləri qeyri rəsmi bir qurum kimi bizim məhsulların istehlakçılarıdır.
    Məhsulların onlara çatdırılması üzrə xidmətin səviyyəsi və məhsulların keyfiyyəti onlarda bizə qarşı əminlik və məmunluq hissi yaratdı. Biznes fəaliyyətində müştəri məmunluğu biznesin dayanıqlı inkişafının ən vacib göstəricisidir.
    İcmamızdan kənarda yaşayan icma üzvlərimizin bizə göstərdiyi dəstək, yerli istehsalın inkişafını stimullaşdıran bazar və inkişaf yönümlü bir vasitəyə çevrildi. Ona görə də bizim icma üzvləri istehsalın həcmini artıqmaqda yox, əksinə məhsulumuzun keyfiyyətindən razı qalan müştərilərimizin dəstəyini qazanmaqda maraqlıdırlar.
    Ümid edirik ki, digər kənd icmaları da bizim bu təcrübədən faydalanmacaq, inkişaf yönümlü dəstək əldə etməklə öz fəaliyyətlərinin uğurunu təmin edəcəklər.
    Kənardan respublikamıza gətirilən süd və süd məhsullarına tətbiq olunan yüksək gömrük rüsumları yerli süd və süd məhsullarının istehsalçıları üçün yeni bir bazar imkanına çevrildi.
    HACI İKRAM AĞA,
    İcma Qrupunun Rəhbəri,
    Qazaxlar icması, Bərdə rayonu.

    YENİ YANAŞMA  İKİQAT İCMA DƏSTƏYİ

    Bölmələr: ---