» Arbatan icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

Arbatan icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

Baxılıb: 372

  • Tarix: 17-10-2016, 22:27
  • Növbəti İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı Salyan rayon Arbatan icmasında həyata keçirildi. Səfərbərlik alətləri maraqla qarşılandı. Kənd tarixçəsi prosesinə icma üzvləri xüsusi həvəslə qoşuldular. Arbatan əhalisi əsasən İran və Şamaxıdan gəlmədilər. İrandan gələn karvanlar bu əraziyə ayın batdığı müddətdə çatdığı üçün, kəndin adi əvvəlllər Aybatan olub, sonralar təhrif olunaraq Arbatan deyə çağırılıb.
    Arbatan rayon mərkəzindən yaxın məsafədə olmasına baxmayaraq infurastruktur problemlərinin çoxluq təşkil etdiyi kənddir: uşaq bağçasının olmaması, tibb məntəqəsinin təmirsiz, suvarma kanallarının lillənməsi, yolların bərbadr vəziyyətdə olması. Bütün bunlar kənd əhalisini gündəlik həyatına öz mənfi təsirini göstərir. Problem ardıcıllığında, prioritet kimi, kənddaxili yolların bərbad vəziyyətdə olması problemi seçildi. İcma üzvlərinin sözlərinə görə yağışlı havalarda yolların ortasında uzunmüddət qalan gölməçələr, yay aylarında maşın hərəkəti zamanı yaranan toz-duman kənd əhalisinin gündəlik həyatına, iqtisadi vəziyyətinə, sağlamlığına mənfi təsir göstərməkdədir. Seminarda hökumət nümayəndələri, qadınlar, gənclər və bütün icma üzvləri xüsusi fəallıq göstərdilər.

    Bölmələr: ---