» Gəlirgətirən layihələr üzrə məlumat yayımı

Gəlirgətirən layihələr üzrə məlumat yayımı

Baxılıb: 415

  • Tarix: 23-09-2016, 14:23
  • Bu gün AzKİL 2 Muğan- Salyan zonasının Sabirabadda yerləşən Regional Ofisində Gəlir Gətirən layihələrlə bağlı müraciət edən icmaları təmsil edən qruplarla görüş keçirildi. Görüşdə AzKİL 2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə Menecer Gülbəniz xanım Qənbərova, Muğan- Salyan RƏO-nun Proqram Mütəxəssisi Fəridə xanım Eminova, İcma Əsaslı Gəlirgətirən Layihələr üzrə Mütəxəssis Əhməd Əliyev, Sabirabad rayonu Axtaçı-Muğan , Nərimankənd icmaları, Saatlı rayonu Qara Nuru və Mollavaizli icmaları iştirak etdilər. Əhməd Əliyev Gəlir Gətirən fəaliyyətlərə dair məlumatlandırıcı cixişindan sonra icmaları təmsil edən İQ üzvlərinin Gəlir Gətirən layihələrə olan ehtiyacları dinlənildi. Yekun olaraq icmalarda Gəlir gətirən fəaliyyətlərlə bağlı maarifləndirilmənin aparılmasının vacibliyi, Gəlir gətirən fəaliyyətlərin müəyyən olunması üçün icmada yalnız məlumat yayımı deyil həm də bu növ layihələrin icrası və istismarı üçün icmada əlverişli mühitin olub-olmamasını araşdırmağın vacibliyiı də qeyd edildi.

    Bölmələr: ---