» Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

 
 
 

Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

Baxılıb: 509

  • Tarix: 23-09-2016, 14:19
  • Bu gün Muğan- Salyan zonasının Sabirabad ofisində “Gəlir Gətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər” mövzusunda seminar keçirildi. Seminarda AzKİL – 2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə Menecer Gülbəniz xanım Qənbərova, Muğan- Salyan RƏO-nun Proqram Mütəxəssisi Fəridə xanım Eminova, İcma Əsaslı Gəlirgətirən Layihələr üzrə Mütəxəssis Əhməd Əliyev , Inkubator layihələrinin təmsilçiləri - Balakən rayonu Qaysa icması,Masallı rayonu Çaxırlı icması , Lənkəran rayonu Separadi icması, Sabirabad rayonu Həsənli icması və Saatlı rayonu Kamallı icmasında fəaliyyət göstərən İnkubator sexinin fəaliyyətini təmin edən Biznes Qrup üzvləri və həmin icmaların Bələdiyyə üzvləri iştirak etdilər. AzKİl – 2 Direktor muavini Gülbəniz xanım Qənbərova və Muğan – Salyan RƏO Proqram Mütəxəssisi Fəridə xanım Eminovanın cıxışlarından sonra İcma Əsaslı Gəlirgətirən Layihələr üzrə Mütəxəssis Əhməd Əliyev İnkubator sexinin fəaliyyətini əks etdirən Sosial və iqtisadi göstəricilər formasının tərtibindən və Gəlir Gətirən layihələrin fəaliyyəti üçün əhəmiyyətindən danışdı. İnkubator sexlərinin fəaliyyəti zamanı qarşıya çıxan öyrənilmiş dərslər müzakirə olundu. 3 ildən çox fəaliyyət göstərən Balakən rayonu Qaysa icmasının BQ sədri Rəşad Qaysayev və Saatlı rayonu Kamallı icmasının BQ sədri Əhliman Teymurov bu il yeni fəaliyyətə başlamış icmalarla öz təcrübəlirini bölüşdülər.
    İki qrupa ayrılaraq öyrənilmiş dərslər üzrə qrup işi görüldü. Qrup işlərinin təqdimatında müəyyən edilmiş öyrənilmiş dərslərin xülasəsi və qarşılıqlı müzakirəsi aparıldı.
    Seminarın sonunda Gülbəniz xanım Qənbərova iştirakçılara öz təşəkkürünü bildirdi və gələcəkdə Sosial və iqtisadi göstəricilər formasının tərtibi, İnkubator sexinin yüksək göstəricilər əldə etməsinə dair koməklik göstərən təlimlərin təşkil edilməsinin vacibliyini vurğuladı.

    Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

    Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

    Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

    Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

    Gəlirgətirən fəaliyyətlər üzrə öyrənilmiş dərslər

    Bölmələr: ---