» Uğur klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

Uğur klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

Baxılıb: 371

  • Tarix: 19-09-2016, 16:48
  • AzKİL ilə əməkdaşlıqda uğur qazanan icmalarımızdan Goranboy rayonu Bağçakürd, Ağamalıoğlu və Dəyirmanlar icmalarında üç icmanı birləşdirən Uğur klasterinin İştiraklı Kənd Qiymətləndirməsi Seminarı həyata keçirildi. Bu icmaların AzKİL ilə əməkdaşlıqları uzun illərdir ki davam edir. Hər üç kənddə baş tutan görüşlərdə ayrı-ayrılıqda icma sakinləri Klaster layihələri barədə geniş məlumat aldıqdan sonra qruplara ayrılaraq icmadakı resursları və 3 kəndin ortaq problemlərini analiz etdilər.
    Növbəti gün üç icmanın İQ üzvləri Bağçakürd kənd bələdiyyəsinin binasında bir araya gəldilər. Burada hər üç icmanın mövcud problemlərinin və insani, qeyri-insani resurslarının təqdimatları oldu.
    Sonra ən vacib və hər üç kəndi əhatə edə biləcək problemlər ardıcıllığa düzülərək bir-biri ilə müqayisə olundu. Müqayisənin nəticəsi olaraq səs çoxluğu ilə Kəndləri birləşdirən yolların təmiri layihəsi seçildi. Kəndləri birləşdirən bu yolun bərbad vəziyyətdə olması hər üç kəndin əsas problemidir. İcma sakinlərinin də bildirdikləri kimi alternativ olaraq istifadə etdikləri yolun məsafəsi çox uzun olduğundan bu problem aradan qalxarsa gediş-gəliş asanlaşacaq, həmçinin vaxta və yanacağa qənaət olunacaq.
    Daha sonra Bağçakürd, Ağamalıoğlu və Dəyirmanlar İQ üzvləri arasında səsvermə yolu ilə Uğur Klaster Qrupuna üzvlər seçildi.

    Bölmələr: ---