» Qusar rayonunun Gilahoba icması

 
 
 

Qusar rayonunun Gilahoba icması

Baxılıb: 822

  • Tarix: 19-09-2016, 16:45
  • Gilahoba kəndinin yaranma tarixi orta əsrlər dövrünə təsadüf edir. Azərbaycanda ərəb xilafətinin hakimiyyəti bərqərar olmasından sonra əhali Qileh dağ kəndindən (Dağıstanda yerləşir) Qusar rayonunun Qılah kəndinə və sonralar Gilahoba kəndinə köç etmişlər. Gilah sözü Qilet (ləzgicə-baş,yuxarı, hündür) sözündən yaranmışdır ki, başda,yuxarıda,hündürdə yaşayanlar mənasını verir. El arasında Gilah sözünü bəzən “ baş kəsən” (ləzgicə- qil atay, qilehar) mənasında da işlədirlər.
    1918-ci ildə mart hadisələrindən sonra erməni əsgərləri dəmir yolu xətti ilə Samur çayına kimi gələrək Xəzər dənizindən Şahdağa kimi olan əraziləri müsəlmanlardan təmizləmək məqsədi ilə yerli sakinlərə, həmçinin Gilah oba kənd sakinlərinə qarşı vəhşiliklər törətmiş və onlarla sakini qətlə yetirmişlər.
    Etnik tərkibi əsasən azərbaycanlı,ləzgi və tatlardan ibarət olan Gilahoba kəndində orta əsrlər dövrünə aid tarixi abidələr qalmamışdır,yalnız bu dövrə aid qəbir baş daşı abidələri mövcuddur. Gilahoba kənd sakinləri XIX əsrin axırlarında Bakı-Petrovsk (Mahaçqala) dəmir yolun və XX əsrin 30-cu illərində Samur-Dəvəçi kanalının çəkilişində fəal iştirak etmişlər.
    Gilahoba kəndində XX əsrin əvvələrində ilk ibtidai məktəb binası istifadəyə verilmişdir. Hal-hazırda həmin binada Gilahoba kənd ibtidai məktəbi fəaliyyət göstərir və həmin məktəb 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş insanlara yardım etmək məqsədi ilə gedərkən şəhid olmuş Nəbi Xudaverdiyevin adını daşıyır.
    Orta məktəb, uşaq bağçası, tibb məntəqəsi kimi infrastruktur əhəmiyyətli binaların olmadığı bu kənddə əhalinin olduqca əziyyət çəkdiyi vacib problemlərdən biri də yolların yararsız olmasıdır. İştiraklı Kənd Qiymətləndirməsinin keçirilməsi üçün köhnə ibtidai məktəb binasının həyətinə toplaşmış Gilahoba icma sakinlərinin yekdil səsverməsi nəticəsində “Yolların yararsız olması” problemi birinci olaraq seçildi.

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Qusar rayonunun Gilahoba icması

    Bölmələr: ---