» FƏRQLİ BİR UĞURA İMZA ATAN QUSAR RAYONUNUN LƏCƏT İCMASI

FƏRQLİ BİR UĞURA İMZA ATAN QUSAR RAYONUNUN LƏCƏT İCMASI

Baxılıb: 655

  • Tarix: 19-09-2016, 16:41
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin hər növbəti uğuruna bir hekayə yazılır. Hər il davamlı şəkildə bu hekayələrin sayının artması bizim uğurlarımızın sayının artmasından xəbər verir. Haqqında yazılan bu hekayəmiz Qusar rayonunun Ləcət icmasında yaşayan, AzKİL-in insan kapitalı kimi növbəti kəşfi olan Ləcət monitorinq qrupu üzvü Sultanxanım Şıxverdiyevanın imza atdığı uğur barəsindədir.
    Ləcət kəndi respublikamızın şimalında Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən,təkrarolunmaz və füsunkar təbiətə malik kəndlərdən biridir. Məskunlaşma tarixi XV-XVI əslərə təsadüf edən Ləcət kəndinin adının mənası burada ilk məskunlaşmış əhalinin qədim məşğuliyyəti ilə bağlıdır. Belə ki, kəndin adı li və çet sözlərinin birləşməsindən əmələ gələrək gön dəri və ovuşdurmaq kimi tərcümə olunur. Hələ çox qədimlərdən bu ərazilərdə camışçılığın inkişaf etməsi ilə əlaqədar olaraq onun dərisini emal etməyi əsas məşğuliyyətə çevirən kənd sakinləri ondan çarıq, kəmər, və s. hazırlayaraq həm özləri istifadə edər həm də bazara çıxararaq satarmışlar. Buna görə də digər dağ kəndlərindən həmin məmulatları almağa gələn insanlar bu kəndi Liçet (dəri emalçıları) adlandırarmış. Kəndin adı yazıda Ləcət kimi işlənsə də əhali arasında Liçet kimi ifadə olunur.
    Etnik tərkibinə görə ləzgilərdən ibarət olan Ləcət kəndinin ərazisində IX əsrə aid qədim məscid binasının qalıqları, Yeddi qardaşpiri, Kuntar adlanan qədim təpədə qala izləri və 2 kurqan qalıqları mövcuddur. Ləcət icmasında İKQ seminarı kənd klubunda baş tutdu. Kənd tarixçəsi zamanı kənd ağsaqqalların paylaşdığı maraqlı məlumatlar sakinlərin diqqətini xüsusi olaraq çəkdi. 4 müxtəlif qruplarda kəndin problemlərini analiz edən qrup üzvləri isə daha sonra onların təqdimatlarını etdilər. İcma sakinləri problem ardıcıllığı mərhələsində daha çox səslə Yolların yararsız olması problemini birinci olaraq seçdi.
    Ləcət İcma qrupuna seçilən üzvlərin nə dərəcədə uğurlu seçilmiş qrup üzvləri olduqlarını biz AzKİL əməkdaşları olaraq növbəti strateji planlaşma mərhələsində daha yaxından öyrəndik. Strateji planlaşma günü icma qrupu üzləri ilə yanaşı monitorinq qrupu üzvlərinin də xüsusi fəallığı gözlənildiyi halda, bunun şahid ola bilmədik. Monitorinq qrupu üzvlərindən bir xanım diqqətimizi çəkdi. Belə ki, Sultanxanım adlı bu iştrakçının ilkin olaraq bizlərdə yaratdığı təəsurrat onun sanki bu məsuliyyətli işin öhdəsindən gələ bilməyəcəyi bildirirdi. İcma qrupu üzvlərinin müzakirələri fonunda davam edən strateji planlaşma günündə bu xanımın fəallığının şahidi ola bilməmişdik. Ləcət icma qrupu üzvləri artıq təlim mərhələsində idilər. Getdikcə Sultanxanımın təlimdə fəallığı müşahidə edilirdi. Bizdə müsbət mənada belə bir təəsürat yaranmışdır ki, doğurdanmı bu həmin Sultanxanımdır? Onun təlimi interaktiv sferaya keçirməsində olan rolu, təlimə qatdığı xüsusi abu-hava diqqət çəkirdi. AzKİL-in hər il həyata keçirdiyi və bacarıqların artırılması komponentinə xidmət edən Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasına bu inkişafa meyilli xanımın da cəlb olunması heç də təsadüfi deyildi. Belə ki, əməkdaşlığa yenicə qoşulmuş icma üzvü olaraq Sultanxanım icma inkişafı yolunda görüləcək işlərdə olduqca həvəsli və qərarlı görünürdü.
    Sabirabad rayonundan start götürən sessiyanın artıq ilk günündən Sultanxanımın maraqlı çıxışları, eləcə də növbəti günlərdə icma seminarlarında fəal iştirakı, mövzular ətrafında aparılan diskussiyalara həvəsli şəkildə qoşulması nəinki əməkdaşlarımızın, eləcə də digər iştirakçıların diqqətini çəkmişdir. Beş günlük görüşlər zamanı Sultanxanım nəinki yeni dostlar, həmçinin Ləcət icmasında uğurlu şəkildə tətbiq edə biləcəyi yeni təcrübələr əldə edirdi. Sessiya zamanı baş tutmuş icma layihələrinin açılışı da Sultanxanımda yeni bacarıqların təkmilləşməsinə böyük dəstək oldu. Belə ki, Şəki və Qax rayonlarında AzKİL-in həyata keçirdiyi müxtəlif layihələrin açılışında iştirak edən Sultanxanım öyrəndiyi təcrübəni Ləcət icmasına qayıtdıqdan sonra tətbiq etdi.
    Artıq görüşlər bitmişdi... Biz Sultaxanımdan aldığımız zəngdən müsbət mənada təəccübləndik, çünki o AzKİL-in rəhbərliyini və Şimal RƏO-nun əməkdaşlarını Ləcət icmasında icrası yenicə bitmiş Yolların təmiri layihəsinin açılışına dəvət edirdi.Bu AzKİL tarixində bir ilk idi! Biz icma tərəfindən təşkil olunmuş maraqlı və fərqli bir açılışın şahidi olduq. Sultanxanıma bu işdə Ləcət İcma qrupunun sədri Vahid Kazımovun, qrup müavini Solmaz Bağışovanın və digər üzvlərin də yaxından dəstəyi olmuşdur. Sultanxanım sessiya boyu beş gün bir yerdə qazandıqları təcrübələrini bölüşdükləri yeni dostlarını da həmin açılışa dəvət etmişdi. Dəvət olunan qonaqlar sırasında Xaçmaz rayonu Əhmədoba, Qaracəlli, Quba rayonu Ulduz, Qusar rayonu Hiloba, Yasaboba, Cibir, Həzrə İcmalarının İQ üzvlərini görmək olardı.Bu onlar üçün də olduqca dəyərli dəvət və yenilik idi. Açılışda təşkil olunmuş ləzgi musiqisi, ləzgi millətinə xas olan rəqs nümunələri, ləzgi mətbəxindən xüsusi şirniyyatlar, həm bizim həm gələn digər qonaqların böyük marağına səbəb olmuşdu. Qonaqların qəbulu, hətta tədbirin aparılması belə Sultanxanım və Ləcət icma qrupu üzvləri tərəfindən yüksək səviyyədə həyata keçirildi. Bu AzKİL-in öz icma inkişafı naminə qarşısına qoyduğu məqsədə çatdığının ən yaxşı göstəricisi idi.

    Bölmələr: ---