» Mehrablı icmasında Gəlir Gətirən Fəaliyyətlər üzrə icma səfərbərliyi

Mehrablı icmasında Gəlir Gətirən Fəaliyyətlər üzrə icma səfərbərliyi

Baxılıb: 382

  • Tarix: 1-09-2016, 13:06
  • Ağcabədi rayonu Mehrablı icmasında Gəlir Gətirən Fəaliyyətlər üzrə icma səfərbərliyi oldu. Səfərbərliyin təşkilində və aparılmasında AzKİL-2 -nin İcma Biznes Səfərbərçiləri Əhməd Əliyev , Vüqar Mohumayev, Qarabağ Regional Əməliyyatlar Ofisinin Proqram Mütəxəssisi Əbülfət Əhmədov və RƏO-nin əməkdaşları Mehrablı icmasının öz məqsədləri ətrafında səfərbər olmasına kömək etdlər.
    Mehrablı icması Ağcabədi rayon mərkəzindən 25 km aralıda yerləşir. Bu kənd bu günədək öz adət və ənələrini saxlamağa çalışmış , müxtəlif fəaliyyətlər göstərərək güzaranlarını yaxşılaşdırmağa çalışırlar. Belə ki, Mehrablı icması AzKİL ilə 2013-cü ildən əməkdaşlığa başlamış, icmadaxili yolların təmiri layihəsini və 2015-ci ildə icmanın abadlaşdırılması layihəsi əsasında icmanın parkı abadlaşdırılmış, bununla da icma sakinlərinin istirahəti üçün münbit şərait yaratmışdılar. Bununla yanaşı , İcma layihələrini uğurla başa çatdırmaqla layihənin dayanıqlığını da bu günə qədər qoruyub saxlamışdılar. İQ üzvləri AzKİL- in bütün İcma Şəbəkələşməsi tədbirlərində fəal iştirak etmiş və bir neçə dəfə təqdimatçı olmuşdular.
    Bu icmanın ən maraqlı tərəfi isə icmada özünəkömək dəstəyinin olmasıdır ki, bu dəstəyin ilk cücərtiləri də elə icmanın AzKİL-2 ilə həyata keçirdiyi infrasturktur layihələrdə icma töhvəsinin yığılmasında və əmək qoyuluşunda müşahidə edilmişdir. Ona görə də Mehrablı icmasının öz icmasının sosial -iqtisadi dəyərlərini və mövcud resurslarını nəzərə alaraq AzKİL-2 ilə Gəlir Gətirən layihələr üzrə fəaliyyətə qoşulmağa təşəbbüs göstərmişlər. sı təbii qarşılandı. Bu günkü icmanın səfərbərlik yığıncağında isə İcmanın fəal kütləsinin iştirak edirdi. Onlar Gəlir Gətirən fəaliyyətləri qızğın müzakirə edib , qrup işlərini təqdim etdilər. Yekdil səsvermə yolu ilə "İnqubator sexi" fəaliyyəti birinci oldu. İcma sakinləri bunu kənddə quşçuluğun inkişaf etdirilməsinin icmaya iqtisadi xeyir verəcəyinə, hətta gələcəkdə yem sexinin də fəaliyyyətinə qoşulacaqlarını ümüdlə və israrla bildirərək seçdikləri Biznes Qrup üzvlərinə uğurlar dilədilər.
    Biz də bu təbriklərə qoşulub icmanın seçimində və gələcək fəaliyyətlərində uğurlar dilədik.

    Bölmələr: ---