» İcmada Özünəkömək Nümunəsi

 
 
 

İcmada Özünəkömək Nümunəsi

Baxılıb: 639

  • Tarix: 21-07-2016, 09:41
  • 2014 – cü ildən başlayaraq İkinci Azərbaycan Kənd İnvestisiya layihəsi ilə əməkdaşlıq edir. Əməkdaşlığın ilk mərhələsindən başlayaraq İcma Qrupunun üzvləri icmada hər hansı bir layihənin həyata keçirilməsində yox, əksinə icmanın ümumi inkişaf strategiyasını hazırlamaqda maraqlı olduqlarını israr edirdilər. Bu baxımdan da icmanı təmsil edən icma qrupu üzvlərinin təşkilatı və idarəetmə bacarıqlarının artırılmasında daha maraqlı idilər.
    İcmada keçirilən görüşlərdə icmada təmsil olunan bütün tərəflərin iştirakı, qarşılıqlı hörmət, bir – birinə güzəştə getmək, ictimai işlərə vaxt ayırmaq, könüllülük, yaşlılara və qadınlara hörmət və ehtiram kimi sosial/ictimai dəyərlərin mövcud olduğuna əmin olurduq.
    Kənd icmalarının sosial – iqtisadi inkişaf strategiyasının əsasında isə yuxarıda qeyd etdiyimiz sosial dəyərlər durur. Bu dəyərləri özündə formalaşdıran icmalar istənilən donorlar üçün cəlbedicidir. Çünki bu halda donor təşkilat icma üçün layihə həyata kiçirmir, əksinə icma özü malik olduğu səriştə və vərdişləri sayəsində donorla birgə işləyərək layihəni uğurla həyata keçirir, yeni vərdişlər əldə edir və layihənin dayanıqlılığını təmin edir.
    AzKİL 2 ilə əməkdaşlıq çərçivəsində icma əsaslı infrastruktur layihəsinin təşkili və idarə edilməsi üzrə vərdişlər əldə edən icma qrupu üzvləri ərazidə fəaliyyət göstərən yerli Qeyri Hökümət Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaratdılar. Qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq icma üzvlərindən 10 nəfər istilikxana şəraitində tərəvəz bitkilərinin becərilməsi və 5 ailə təsərrüfatı isə arıçılıq təsərrüfatlarının inkişafı üzrə vərdişlər əldə etməklə öz fərdi təsərrüfatlarını təşkil etdilər.
    İcma əsaslı gəlir gətirən layihələr üzrə keçirilən regional konfransda icma qrupunun üzvü Arzu xanım öz icmalarında həyata keçirilmiş bu layihələri təqdim etdi və onların dayanıqlıq meyarlarını göstərdi.
    İcma inkişafında maraqlı olan icma qrupunun üzvləri növbəti əməkdaşlıq çərçivəsində icmada gəlir gətirən fəaliyyətlər üzrə geniş icma yığıncağı təşkil etdilər. İcma əsaslı gəlir gətirən layihənin icmada həyata keçirilməsi üzrə icma üzvlərindən (2 qadın, 3 kişi) ibarət Biznes Qrupu yaradıldı və layihə çərçivəsində nəzərdə tutulmuş tələimlərə cəlb olundular. Sahibkarlıq, marketinq, idarəetmə və biznes planın tərtibatı üzrə təlimlərdə biznes qrupu üzvlərinin iştirak səviyyəsinə görə əmin olmaq olar ki, onlar layihənin həyata keçməsi üzrə məsuliyyəti öz üzərlərinə götürürlər və gələcəkdədə onun dayanıqlılığını təmin edəcəklər.
    Təlimin sonunda İcma Biznes Qrupu üzvləri yerli mütəxəssislər (icma üzvləri) tərəfindən ev təsərrüfatları şəraitində quşçuluğun təşkili və idarə edilməsi üzrə təkmil şəkildə tərtib olunmuş sənədi təqdim etdilər. Bu ona dəlalət edir ki, icma malik olduğu resurslardan istifadə etməklə özünə kömək etmək iqtidarında olduğunu təsdiqlədi. Yəni layihə çərçivəsində icmaya quşçuluğun təşkili və idarə edilməsi üzrə kənar mütəxəssisin gəltirilməsinə lüzum yoxdur.

    İcmada Özünəkömək Nümunəsi

    Bölmələr: ---