» İNKİŞAFIN CÜCƏRTİSİ - CÜCƏLƏRİM

 
 
 

İNKİŞAFIN CÜCƏRTİSİ - CÜCƏLƏRİM

Baxılıb: 472

  • Tarix: 8-07-2016, 15:29
  • İyun ayının 4 də AzKİL 2 nin ofisində Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilk Akademiyasının bir qrup təşəbbüskar tələbələri ilə görüş keçirilmişdir. Görüşdə layihələrin Monitorinqi üzrə mütəxəssis Səbuhi Həsənov və Gəlirgətirən layihələr üzrə mütəxəssis Əhməd Əliyev iştirak ediblər. Görüş iştirakçılarına layihənin məqsəd və məramı barədə məlumat verildi və yaranmış sualları cavablandırıldı.
    Təşəbbüskar tələbə qrupunun üzvləri layihəmizin internet səhifəsindən icma əsaslı gəlir gətirən fəaliyyətlər barədə məlumat əldə etdiklərini bildirdilər. Həmçinin həyata keçirmək istədikləri Cücələrim Layihəsinin məqsəd və məramı ilə bizim əməkdaşları tanış etdilər.
    Əməkdaşlarımız tərəfindən tələbələrin bu təşəbbüsü yüksək dəyərləndirildi, və bildirildi ki, icma əsaslı gəlirgətirən layihələr icma üzvlərinin yerli iqtisadiyyatı inkişaf etdirmək istiqamətində məsuliyyəti öz üzərlərinə götürməlri üçün bir vasitədir. Layihə vasitəsi ilə icma üzvləri təşkilati idarəetmə, biznes idarəçiliyi, bazar haqqında məlumat, biznes əlaqələrinin qurulması, fəaliyyətə nəzarət, rəhbərlik və qiymətləndirmə üzrə səriştə və bacarıqlar əldə edirlər. Yalnız bu bacarıqları əldə edən icma üzvləri icmada həyata keçirilən istənilən xarakterli layihələrin dayanıqlı inkişafına zəmin yarada bilər.
    Azkil 2 nin təcrübəsinə istinad edərək təşəbbüslə çıxış edən bu tələbə gənclər qrupunun təşəbbüsü təqdirə layiqdir. Layihədən bir vasitə kimi istifadə edərək öz təşkilati və idarəetmə bacarıqlarını inkişaf etdirən tələbələr gələcək inkişafın təməl daşıdır. Mütəxəssislərimiz tərəfindən təşəbbüs qrupunun üzvlərinə planlaşdırılan Cücələrim layihəsinin yerlərdə həyata keçirilməsi istiqamətində tövsiyyə xarakterli məsləhətlər verildi. Istənilən texniki dəstəyə ehtiyacları olarsa müraciət etmələri bildirildi. Qeyd olundu ki, Cücələrim layihəsi onlarda təkmil idarəetmə vərdişlərinin inkişafında bir vasitədir. Bu layihə çərçivəsində idarəetmə vərdişləri əldə etməklə onlar bazarda rəqabət üstünlüyü əldə edirlər.
    Bu təşəbbüslər bir daha ona dəlalət edir ki, AzKİL 2 çərçivəsində həyata keçirilən layihələr inkişaf yönümlüdür. Layihənin təcrübəsinə istinad oluna bir hal belə inkişafın cücərtisi hesab oluna bilər.

    İNKİŞAFIN CÜCƏRTİSİ - CÜCƏLƏRİM

    Bölmələr: ---