» Bərdədə "Südtoplama və Süd Emalı Müəssisəsinin Quraşdırılması" layihəsinin Açılış Mərasimi

Bərdədə "Südtoplama və Süd Emalı Müəssisəsinin Quraşdırılması" layihəsinin Açılış Mərasimi

Baxılıb: 670

  • Tarix: 24-06-2016, 16:14
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) saysız-hesabsız layihələrə imza atmaqla Azərbaycanda 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu dövr ərzində AzKİL 1700-dən çox sosial və iqtisadi yönümlü infrastruktur layihələri həyata keçirərək kənd sakinlərinin bu infrastrukturlara çıxışı və istifadəsini yaxşılaşdırmış, eləcə də kənd yerlərində ailələrin iqtisadi imkanlarını genişləndirmişdir. Bu baxımdan, AzKİL-2 tərəfindən həyata keçirilmiş icma əsaslı növbəti gəlirgətirən layihənin açılış mərasimi 23 iyun 2016-cı il tarixində Bərdəı rayonunun Qazaxlar icmasında baş tutdu.
    Qazaxlar icması Bərdə rayon mərkəzindən 23 kilometr aralıda yerləşir. Burada əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, bitkiçilik, tərəvəzçilik və heyvandarlıqdır. İcmada heyvandarlıq sürətlə inkişaf etdiyindən, burada gwndlik olaraq bol süd toplanır. Əvvəllər, icma sakinləri topladıqları südü rayon mərkəzində və qonşu Ağcəbədi rayonunda yerləşən südtoplama məntəqələrinə aparırdılar ki, bu da məsafənin uzaq olması səbəbindən icma sakinləri və fermerlər üçün artıq xərclərə və südün kefiyyətdən düşməsinə səbəb olurdu. Bu baxımdan, icmada süd toplama və süd emalı müəssisənin quraşdırılmasına böyük ehtiyac var idi. Bu problemi həll etmək üçün Qazaxlar icmasında AzKİL 2-nin dəstəyi ilə "Südtoplama və Süd Emalı Məntəqəsi" layihəsi uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində 1 ədəd 3 otaqlı bina talvarı ilə (12,6x7) tikilərək avadanıqlar quraşdırılmışdır. Layihədən Qazaxlar icması ilə birlikdə qonşu icmalar və fermerllərin də faydalanacağı gözlənilir.
    Layihənin açılışında Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dünya Bankının AzKİL-2 üzrə Tapşırıq Qrupunun Rəhbəri cənab Daniel Ouen, AzKİL-2-nin Direktor Müavini və İcma İnkişafı üzrə Menecer Gülbəniz xanım Qənbərova, Qarabağ zonası üzrə Proqram Mütəxəssisi Əbülfət Əhmədov, bələdiyyə sədri, kənd icra nümayəndəsi, kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL-2-nin Bakıdan və regionlardan olan işçi heyəti iştirak etdilər. İştirakçılar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bariz nümunəsi olan İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin müstəsna mövqeyi və təqdirəlayiq xidmətlərini vurğuladılar. Kənd ağsaqqaları və ziyalılar da öz növbəsində icmadakı iqtisadi problemlərin həllinə görə Azərbaycan Hökumətinə, Bərdə Rayon İcra Hakimiyyətinə, AzKİL 2-yə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər.
    Sonda, rəmzi qırmızı lent kəsilərək istismara verilən layihəyə birgə baxış keçirildi.

    Bölmələr: ---