» İsmayıllı rayonunun Sumağallı icması

 
 
 

İsmayıllı rayonunun Sumağallı icması

Baxılıb: 972

  • Tarix: 3-06-2016, 13:45
  • Sumağallı icması Ismayıllı rayon mərkəzindən 20 km məsfədə füsünkar gözəlliyə malik dağların qoynunda yerləşir. Kəndin tarixi III-cü əsrə təsadüf edir. Qədim tarixə mailik olan bu kənd milli mənəvi dəyərlərini və adət ənənələrini qoruyub saxlamışldır.Sumağallı icması AzKİL ilə 2014-cü ildən əməkdaşlığa başlamış, icmadaxili yolların təmiri layihəsini uğurla başa çatdırmış və layihənin dayanıqlığını bu günə qədər qoruyub saxlamışdır. İQ üzvləri AzKİL in bütün tədbirlərində fəal iştirak etmiş və təqdimatçı olmuşdular. Sumağallı icması AzKİL ilə əməkdaşlıqdan əldə etdikləri bacarıqlardan bəhrələnərək müxtəlif donorlara müraciət etmiş və gəlir gətirən layihələr əldə etmişdir. İQ üzvləri, ƏİN və bələdiyyə qurumu AzKİL-2 yə gəlir gətirən layihələrlərin dəstəklənməsi üçün müraciət etmişlər.
    Bu gün İsmayıllı rayon Sumağallı icmasında İcmanın dəstəklədiyi gəlir gətirən fəaliyyətlər çərçivəsində seminrar baş tutdu. Seminarda AzKİL -2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların artırılması üzrə Meneceri Gülbəniz Qənbərova və Dünya Bankının gəlir gətirən layihələr üzrə eksperti Sonali Çoduri iştirak etdi.
    Seminarda gəlir gətirən fəaliyyətlər sıralandı, səs çoxluğu ilə “İnkubator sexi” nin təşkili layihəsi birinci yer tutdu.

    İsmayıllı rayonunun Sumağallı icması

    İsmayıllı rayonunun Sumağallı icması

    İsmayıllı rayonunun Sumağallı icması

    İsmayıllı rayonunun Sumağallı icması

    İsmayıllı rayonunun Sumağallı icması

    İsmayıllı rayonunun Sumağallı icması

    Bölmələr: ---