» Salyan rayonunun Seydan icması

 
 
 

Salyan rayonunun Seydan icması

Baxılıb: 884

  • Tarix: 31-05-2016, 09:56
  • Qədim- zəngin tarixi olan elimizin, qədim guşələrindən biri olan Salyan rayonunun Seydan kəndi əhalisinin xüsusi qonaqpərvərliyi, istiqanlılığı ilə seçilir. Seydan kəndi Ulu Tanrının yaratdığı hər bir varlığa hörmət, rəğbət bəsləyən insanları olan bir kənddir. Kənd, Salyan rayon mərkəzindən 25 kilometr aralıdır. IKQ seminarı Seydan kənd orta məktəbinin həyətində təşkil olunmuşdur. Kənd tarixçəsi prosesi zamanı məlum oldu ki, əhali XVIII-əsrdə Şamaxıdan bu yerlərə köç etmiş, kəndin adı isə qəbilə başçısı Sarı Seydanın adı ilə bağlıdır. Hal -hazırda sarı Seydanın məzarı Xələc kəndində yerləşir. Əhalinin əsas məşğuliyyəti əkinçilik - üzümçülükdür. Seydan kəndi bir sıra ziyalılar yetişdirmişdir ki, bunlardan: professor Sənan Mirzəyev, Neft şirkətində baş müavin vəzifəsində çalışan Ağasəf Əliyev, Texnika Elmləri namizədi, ASFE-nin baş direktoru, Kənd Ağsaqqallar Şurasının sədri Mehman Əliyev, Böyük Vətən müharibəsi əlili, fərdi təqaüdçü Qədir Kamalov, Sosialist Əməyi Qəhrəmanı, İki dəfə SSRİ Ali Sovetinin deputatı, SSRİ- Dövlət Mükafatı Laureatı, Prezident təqaüdçüsü, Üç dəfə Lenin Ordeni ilə təltif olunan, fəxri təqaüdçü Sabir Əhmədov. Kənd öz yetirmələri ilə fəxr edir. Proseslərin icrası müddətində Seydan icmasında həllini gözləyən bir çox problemlər ortaya çıxdı ki, bunların içərisində isə “Yolların bərbad vəziyyətdə olması” probleminin həllini icma sakinləri daha vacib hesab etdilər.

    Salyan rayonunun Seydan icması

    Salyan rayonunun Seydan icması

    Salyan rayonunun Seydan icması

    Salyan rayonunun Seydan icması

    Salyan rayonunun Seydan icması

    Bölmələr: ---