» Salyan rayonunun Parça-Xələc icması

 
 
 

Salyan rayonunun Parça-Xələc icması

Baxılıb: 724

  • Tarix: 30-05-2016, 13:46
  • Salyan rayonunda ilk İKQ seminarı Parça-Xələc icmasında baş tutdu. Parça-Xələc icması rayon mərkəzindən 30 km məsafədə yerləşir. İcmaya gələndə, təyin olunmuş vaxta 15 dəqiqə qalmasına baxmayaraq, insanların mədəniyyət evində yığışıb bizi gözlədiklərinin şahidi olduq. Əhali səfərbərçilər komandasını xüsüsi doğmalıqla qarşıladı. Kənd tarixçəsi aparılan zaman məlum oldu ki, əhali əsasən İran və Şamaxıdan gəlmələrdir. 22 türk tayfalarından birinin adı Xələc olub. Xələc tayfası parçalanıb, bir hissəsi bu ərazidə yerləşib, ona görə də kənd Parça-Xələc adlandırılıb.
    Parça - Xələc icması öz ziyalı kontingenti ilə digər icmalardan seçilir. İlk ibtidai məktəb 1921-ci ildə açılıb. Seminar zamanı qadınların aktiv iştiraki nəzərimizdən yayınmadı. İstər qrup işləri zamanı, istər problemlərin təhlilində, namizədlərin verilməsində, habelə seçki zamanı qadınlar xüsusi fəallıq nümayiş etdirdilər. Problem ardıcıllığı zamanı əhali yekdilliklə Kənddaxili yolların təmiri layihəsini dəstəklədi.

    Salyan rayonunun Parça-Xələc icması

    Salyan rayonunun Parça-Xələc icması

    Salyan rayonunun Parça-Xələc icması

    Salyan rayonunun Parça-Xələc icması


    Bölmələr: ---