» Gədəbəy rayonu Zəhmətkənd icması

 
 
 

Gədəbəy rayonu Zəhmətkənd icması

Baxılıb: 478

  • Tarix: 30-05-2016, 13:43
  • Gədəbəy rayonu Azərbaycanın ən səfalı və əsrarəngiz təbiəti ilə yanaşı, ən qədim insan yaşayış məskənlərindən biridir. Tarixi çox qədim olan Gədəbəy həmçinin faydalı qazıntıları, mineral suları ilə də məhşurdur. Cənubi Qafqazda ilk dəmir yolu, Çar Rusiyasında ilk su elektrik stansiyası məhz bu rayonun ərazisində tikilmişdir.
    Gədəbəydə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində səfərbər olunan icmalardan biri də Zəhmətkənd icması oldu. Zəhmətkənd kəndi də Gədəbəyin məşhur ərazilərindən biridir. Ağsaqqalların dediklərinə görə Zəhmətkənd adı əhalinin zəhmətkeş olduğundan və kəndin salınmasında böyük əmək sərf etdiklərinə görə məhz belə adlandırılmışdır. Əhalisi 2178 nəfər olan bu kənd rayon mərkəzindən 14 km aralıda yerləşir. Bulaqları ilə məşhur olan bu kəndddə ölkəmizin suya olan tələbatı nəzərə alınaraq 2010-cu ildə dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş Gədəbəy Mineral Suları fabriki istifadəyə verilmişdir.
    İKQ seminarı kənd mədəniyyət evində təşkil olunmuşdur. Əhalinin böyük maraqla toplaşması, icma sakinlərinin isti münasibəti, kəndlərində olan problemlərin həlli üçün səy göstərmələri diqqətimizdən kənarda qalmırdı. İcma sakinləri proses boyu fəallıq nümayiş etdirirdilər. Ən vacib ehtiyac kimi Yolların bərbad vəziyyətdə olması problemi seçildi.

    Gədəbəy rayonu Zəhmətkənd icması

    Gədəbəy rayonu Zəhmətkənd icması

    Gədəbəy rayonu Zəhmətkənd icması

    Gədəbəy rayonu Zəhmətkənd icması

    Gədəbəy rayonu Zəhmətkənd icması

    Bölmələr: ---