» Qusar rayonu Urva icması

 
 
 

Qusar rayonu Urva icması

Baxılıb: 1198

  • Tarix: 30-05-2016, 13:40
  • Ərazisinə görə Qusar rayonunun ən böyük kəndlərindən olan Urva kəndi infrastrukturu zəif olan ucqar dağ kəndlərindən növbətisidir. Məhsuldar və bərəkətli torpağı olan bu kəndin əhalisinin əsas məşğuliyyəti isə maldarlıq və əkinçilikdir. Etnik tərkibinə görə əsasən ləzgilərdən ibarət olan Urva icmasında ilk məskunlaşmanın XVIII əsrə təsadüf etdiyi müəyyən olunmuşdur. Kəndin içməli suya olan tələbatı kənd ərazisində olan çoxsaylı nohurların hesabına ödənirmiş. Hələ qədimdən bu ərazidə su nohurlarının çoxluğuna görə kəndin adı əhalinin tələffüzündən Virver kimi ifadə olunarmış. Vir ləzgi dilində nohur deməkdir. Məhz buna görə də kəndin adı sonradan Vurvar halında işlənərək Urva kimi formalaşmağa başlamışdır. Urva kəndi Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda beş nəfər şəhid vermişdir. Kəndin ziyalılarından olan fizika-riyaziyyat elmlər doktoru, Milli Elmlər Akademiyasının elmi işçisi Aydayev Fəxrəddin , iqtisadiyyat elmlər doktoru, Rusiya Elmlər akademiyasının müxbir üzvü Şixverdiyev Arif, Dağıstan Respublikasının Xalq yazıçısı Rasim Hacı da bu kəndin fəxləri sırasındadırlar. Urva kəndində Cavan , Əlistan baba adlandırılan ziyarətgahlar da vardır.
    Urva kəndinin qarşı-qarşıya dayandığı çoxsaylı infrastruktur problemləri əhalinin hər bir üzvünü yaxından narahat edir. Belə ki, əhali tərəfindən olduqca maraqla izlənilən İKQ seminarı kənd klubunda baş tutmuşdu. Problemlərin ardıcıllığı mərhələsi zamanı Urva əhalisi onlar üçün ən vacib ehtiyac olan İçməli su çatışmazlığı problemini yekdil səsvermə nəticəsində birinci olaraq seçdilər. AzKİL-2 ilə əməkdaşlıqda maraqlı və olduqca istəkli olduqlarını bildirən Urva icma üzvləri gələcəkdə həyata keçiriləcək layihənin dayanıqlılığını da mütləq təmin edəcəklərinə söz verdilər.

    Qusar rayonu Urva icması

    Qusar rayonu Urva icması

    Qusar rayonu Urva icması

    Qusar rayonu Urva icması

    Qusar rayonu Urva icması

    Qusar rayonu Urva icması

    Qusar rayonu Urva icması

    Qusar rayonu Urva icması

    Bölmələr: ---