» Gədəbəy rayonunun Çay Rəsullu icması

 
 
 

Gədəbəy rayonunun Çay Rəsullu icması

Baxılıb: 571

  • Tarix: 30-05-2016, 13:37
  • Rəsullu Gədəbəy rayonunun düşmənlə üz-üzə dayanmış, atılan top mərmilərinə, düşmən güllələrinə layiqincə sinə gərmiş ucqar, eyni zamanda qədim tarixə malik olan bir dağ kəndidir. Kənd əhalisi çay boyunca məskunlaşdığından icmanı Çay Rəsullu adlandırmışlar. Qət edəcəyimiz yolun çox uzaq olduğunu nəzərə alıb günəş dan yerindən sökülən kimi yola düşdük. Qarşıda bizləri ucqar dağ kəndlərinə gedərkən görməyə adət etdiyimiz tozlu-torpaqlı, getdikcə uzanan dolanbac dağ yollarının gözlədiyini bilirdik. Amma Tanrının bu yerlərə bəxş etdiyi füsünkar gözəlliklər gözlərimizi oxşadıqca çətinliklə qət edəcəyimiz yolu demək olar ki, unutduq. Artıq tozlu-torpaqlı yollar sanki, yox olmuşdu. Yol boyunca dağ döşunə, yamaclara sərilmiş yaşıl xalılara, gümüşü boyunbağı kimi bu yerlərin boynuna dolanmış dəli dağ çaylarının qıjıltısına valeh olmamaq mümkün deyildi. Çatacağımız yerə qədər eyni mənzərə bizləri əsla tərk etmədi.Yaz yağışının bu yerləri tez-tez öz ağuşuna almasına baxmayaraq həmin gün günəş də öz parlaq şüalarını səxavətlə ətrafına saçdığından seminar da açıq havada təşkil edildi. Qarşı cərgədə adəti üzrə yenə də qadınlar əyləşmışdi. Amma onların sırasında gənc xanımların üstünlük təşkil etməsi diqqətimizdən yayınmadı. Onlar başqa bölgələrdən gəlib ucqar dağ kəndində öz peşəsiylə sevə-sevə məşğul olan gənc müəllimələrdir ki, indi onların əksəriyyəti Çay Rəsullu icmasının daimi sakinlərinə çevriliblər. Seminar haqqındakı ilkin təəssüratlarımız bizləri yanıltmamışdır. Seminar iştirakçıları arasında da kifayət qədər gənclər var idi. Seminar boyunca gənclərin göstərdiyi fəallıq, icmada mövcud olan problemlerin müəyyən edilməsinə və həll olunmasına qarşı nümayiş etdirdikləri həssas yanaşma icma sakinləri, xüsusən də ağsaqqalar tərəfindən təqdirəlayiq hesab edildi və nəticə olaraq icma qrupunun sədri məhz gənclərin arasından seçildi. Seminarın gedişi zamanı “Mədəniyyət yoldan başlayır...” fikri dəfələrlə vurğulandı və ən vacib ehtiyac kimi də “Yolların bərbad vəziyyətdə olması” seçildi.

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Gədəbəy rayonunun Çay Rəsullu icması

    Bölmələr: ---