» Xaçmaz rayonunun Qıraqlı icması

 
 
 

Xaçmaz rayonunun Qıraqlı icması

Baxılıb: 627

  • Tarix: 28-04-2016, 23:42
  • Xaçmaz rayonun Qıraqlı kəndi rayon mərkəzindən qərb istiqamətdə, Qusar rayonu ilə sərhəddə yerləşir. Kənd Samur-Abşeran kanalı ilə Qusarçay çayının kəsişməsindən 350 metr şərq istiqamətindədir. Qıraqlıda kənd təsərrüfatı sahəsi geniş inkişaf edib. Burada aqrar sahənin bağçılıq, tərəvəzçilik istiqamətləri daha çox diqqət çəkir. Bunula yanaşı kənddə heyvandarlıq, arıçılıq və digər kənd təsərrüfatı sahələri də genişlənməkdədir.
    Qıraqlıların tarixi Hülakü və Elxanilər dövründən qəhrəmanlıqları ilə seçilən Qayı türklərinə gedib çıxır. Azərbaycan alimi Məmmədhəsən Baharlının etnoqrafik mətnlərində göstərilir ki, Qayı türklərindən olan Qıraqlılara Cavad və Quba qəzalarının Qıraqlı kəndlərində rast gəlinir.
    Tarixi mənbələrdə kəndin yaşayış məntəqəsi kimi formalaşmasının XVIII əsrə təsadüf etdiyi bildirilir. Rayonun ən seçilən yaşayış məntəqələrindən olan Qıraqlı bir sıra istiqamətlərdə inkişafı ilə tanınır. Qıraqlı müsbət təbii, coğrafi komponentlərlə diqqət çəkməklə yanaşı yetişdirdiyi insan potensialı ilə də rayon və respublika səviyyəsində tanınır.
    Bu yaşayış məntəqəsi bir sıra alimlər, əmək qəhrəmanları, rəssamlar, ziyalılarla yanaşı cəsur hərbçilər də yetişdirirb. Qıraqlıda regionun yeganə milli qəhrəmanı Yavər Şahbazov doğulub boya başa çatıb. Bununla yanaşı 1992-1993 illərdə Qarabağ uğrunda gedən müharibələrdə 3 nəfər qıraqlılı şəhid olub, 1 nəfəri isə itkin düşüb.
    Qıraqlı həmçinin dünyanın nadir ağaclarından sayılan Şərq çinarlarının bol olduğu məkan kimi tanınır. Yaşı 350 ildən artıq olan bu ağacların yaşı araşdırıldıqda, kəndin tarixi bəzi mənbələrdə göstərildiyi kimi XVIII əsrə deyil, daha əvvəlki dönəmlərə gedib çıxır.
    Qıraqlı icma üzvləri İKQ seminarı zamanı göstərdikləri səmimiyyət və fəalliq AzKİL-2-nin əməkdaşlarının diqqətindən yayınmadı. Problem ardıcıllığı zamanı əhalinin kəndin müxtəlif sahələrdə olan çoxsaylı infrastruktur problemləri arasından birinci olaraq seçdiyi isə İçməli su çatışmazlığı oldu.
    Seçimlərindən razı qalan Qıraqlı icma üzvləri AzKİL-2 ilə həyata keçiriləcək layihələrin davamlı olmasını arzuladı.

    Xaçmaz rayonunun Qıraqlı icması

    Xaçmaz rayonunun Qıraqlı icması

    Xaçmaz rayonunun Qıraqlı icması

    Xaçmaz rayonunun Qıraqlı icması

    Xaçmaz rayonunun Qıraqlı icması

    Xaçmaz rayonunun Qıraqlı icması

    Xaçmaz rayonunun Qıraqlı icması

    Xaçmaz rayonunun Qıraqlı icması



    Bölmələr: ---