» Distant Məlumat/Məsləhət xidməti. Layihədə İT tətbiqi

 
 
 

Distant Məlumat/Məsləhət xidməti. Layihədə İT tətbiqi

Baxılıb: 624

  • Tarix: 28-04-2016, 12:50
  • İcmaların dəstəklədiyi gəlir gətirən fəaliyyətlər çərçivəsində Lənkaran rayon Separadi icmasında İnkubator sexi nin təşkili layihəsi həyata keçirilmişdir. Aprelin 4 də müəssisə istismara hazır vəziyyətə gəlirilmişdir. Fəaliyyətə başlamaq üçün planlaşdırılan bütün hazırlıq işləri yerinə yetirilmişdir. Damazlıq yumurta təchizatının əsas hissəsi icma üzvləri tərəfindən təchiz olunmuş, bir hissəsi isə damazlıq yumurta istehsalı üzrə ixtisaslaşmış təsərrüfatından alınmışdır.
    İlk mərhələdə 7000 ədəd toyuq yumurtası və 500 ədəd ördək yumurtası inkubasiya üçün dolablara yığılmışdır.
    Müəssisənin idarə edən işçi heyyət layihədə nəzərdə tutulduğu kimi cəlb olunan kənar mütəxəssis tərəfindən iş yerində təhlükəsizlik qaydaları, avadanlıq və vasitələrdən istifadə, texnoloji prosesə və rejimə nəzarət üzrə təlimatlandırılmışdır.
    Layihə çərçivəsində icma üzvlərinin ev təsərrüfatları şəraitində quşçuluğun təşkili və idarə edilməsi üzrə məlumatlandırılması planlaşdırılmışdır. Məsləhət xidməti və məlumat yayımının səmərəliliyini artırmaq üçün qadınlardan ibarət qeyri rəsmi Özünə Kömək Qruplarının formalaşdırılmasına texniki dəstək göstərdik. Nəticədə icmada 92 nəfər icma üzvü, hər qurupda 7 12 nəfər olmaqla 12 ÖKQ yaradıldı.
    Texnoloji prosesə uyğun olaraq may ayının 01 də müəssisədə 3 günlük toyuq cücələrinin satışı həyata keçiriləcək. Bununla əlaqədar olaraq aprel ayının 26 - da Lənkaran rayon Separadi icmasından olan 12 nəfər ÖKQ rəhbərləri üçün Ev təsərrüfatlarında quşçuluğun təşkili və idarə edilməsi üzrə distant məlumat yayımı və məsləhət xidməti təşkil olunmuşdur.
    Bu məqsədlə Göygöl RƏO da Separadi icması ilə skayp əlaqəsi yaradıldı. Göygöl rayonunda yerləşən Elmi Tədqiqat Heyvandarlq İnstitutunun direktor müavini, k/t elmləri üzrə fəlsəfə doktoru Fizuli Mirzəyevlə icmada olan ÖKQ ilə skayp əlaqəsi yaradıldı. Mütəxəssis tərəfindən mövzu üzrə mühazirə xarakterli məlumat/məsləhət xidməti göstərildi və icma üzvlərinin sualları cavablandırıldı. Distant əlaqə tərəflərin interaktiv iştirakı ilə baş tutdu.
    Məlumat yayımı və məsləhət xidmətinin təşkili və idarə edilməsi üzrə bu yanaşmanın əhəmiyyəti:
    İcma üzvləri ilə məlumat və məsləhət xidməti göstərən rəsmi dövlət qurumları arasında münasibətlər yarandı.
    Hər iki tərəf informasiya texnologiyalarından istifadə bacarıqları əldə etdilər.
    Məlumat və məsləhət xidmətlərinə çıxış asanlaşdı, vaxta və vəsaitə qənaət edildi.
    Ümumi məlumatlarla yanaşı spesifik məlumatların əldə edilməsi imkanı yarandı.
    İcma üzvlərində məlumatın dəyərə çevirilməsi (məlumat/məsləhət xidmətindən faydalanmaqla xərcləri azaldıldıb gəlirlərin artırılması) vərdişləri inkişaf etdi.
    Icma üzvləri və eləcədə məsləhət xidməti göstərən rəsmi/ictimai/biznes qurumları bu təcrübədən istifadə edib məlumat/məsləhət xidmətinin səmərəliliyi artıra bilərlər.
    Gələcəkdə məlumat/məsləhət xidmətinin ödənişli əsaslarla göstərilməsi üzrə zəmin yaranır.
    İcmalarda İT inkişaf səviyyəsi nəzərə alınmaqla icma əsaslı gəlir gətirən digər layihələr üzrə də distant məlumat/məsləhət xidmətlərinin göstərilməsi üzrə bu xarakterli tədbirlər həyata keçiriləcəkdir.

    Distant Məlumat/Məsləhət xidməti. Layihədə İT tətbiqi

    Distant Məlumat/Məsləhət xidməti. Layihədə İT tətbiqi

    Distant Məlumat/Məsləhət xidməti. Layihədə İT tətbiqi

    Bölmələr: ---