» İsmayıllı şəhərində Təlimçilər üçün Təlim proqramı davam edir

İsmayıllı şəhərində Təlimçilər üçün Təlim proqramı davam edir

Baxılıb: 720

  • Tarix: 27-04-2016, 14:24
  • Hal-hazırda İsmayıllı şəhərində 26 29 aprel tarixlərində həyata keçirilməsi nəzərdə tutulan Təlimçilər üçün Təlim proqramı həyata keçirilir. Burada İştiraklı Kənd Qiymətləndirilməsi Alətləri və İcma təlimləri mövzularında verilən yeni bilik və bacarıqlar gələcək fəalliyyətdə işin keyfiyyətinin yüksəlməsinə verilən vacib köməkdir. Təlimdə AzKİL-nin İcma inkişafı və Bacarıqlar üzrə meneceri, Direktor müavini Gülbəniz Qənbərova, Muğan - Salyan RƏO üzrə proqram mütəxəssisi Fəridə Eminova, Qarabağ RƏO üzrə proqram mütəxəssisi Əbülfət Əhmədov, Şimal RƏO üzrə proqram mütəxəssisi Akif Kərimli və digər AzKİL-2 əməkdaşları iştirak edirlər. Təlimi AzKİL-2 Baş səfərbərçisi Gülanə Quliyeva və Baş təlimçisi Tünzalə Hacıyeva aparır. Təlimin bir neçə sessiyasını isə Beynəlxalq təlimçi Sərdar Hüseynov həyata keçirir. Təlim zamanı müxtəlif mövzular əsasında aparılan maraqlı və öyrədici müzakirələr iştirakçılara birgə öyrənməyə imkan yaradır. Gündəlikdə təlimin son iki günü isə əldə olunan yeni bilik və bacarıqların işə tətbiqinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Şimal zonasında bir İcma Qrupuna təlim verilməsi, bir icmada isə İştiraklı Kənd Qiymətləndirilməsi seminarının aparılması planlaşdırılır.

    Bölmələr: ---