» Qusar rayonu Əniq icması

 
 
 

Qusar rayonu Əniq icması

Baxılıb: 941

  • Tarix: 25-04-2016, 10:07
  • Uca dağlar qoynunda yerləşən Qusar rayonunun Əniq icması qədim tarixi, gözəl təbiəti və özünəməxsus coğrafi mövqeyi fərqlənən dağ kəndlərindən biridir. Kənd Qusarçayın (əvvəllər bu çay Şahnabat adlandırılıb) sağ sahilində yan silsiləsinin şimal-şərq ətəyində yerləşir. Qusarçay vadisi bu kəndin adı ilə Əniq dərəsi adlanır. Bu dərəni özü ilə birlikdə 9 kənd əhatə edir ( Əniq, Kuzun, Zindan Muruq, Çətkün,Cağar, Yuxarı Ləyər, Cuvacal, Xuray, Ləzə). Dərənin tacı isə Əniq kəndidir.Kənd strateji cəhətdən çox əhəmiyyətli bir yerdə yerləşir. Heç də təsadüfü deyildir ki, burada orta əsrlərdə müdafiə xarakterli qala tikilərkən əlverişli sahə kimi bura seçilmiş və qalanın istehkamları tikilən zaman müdafiə imkanlarından bacarıqla istifadə edilmişdir. Qalanın V əsrə aid olduğu bildirilir ki, bu da Əniq kəndinin qədim köklərə bağlı olduğunu bir daha sübut edir. Deyilənə görə qalada gizli yeraltı yol və su kəməri də mövcud olmuşdur. Qala ərasizində V əsrə aid saxsı qablar tapılmışdır ki bu da qalada yaşayışın olmasını bir daha sübut edir. Azərbaycan sovet ensiklopediyasında göstərilən məlumata əsasən kənddə eramızın birinci minilliyinə aid qədim qəbirstanlıq da vardır.
    Əsas məşğuliyyəti əkinçilik və maldarlıq olan Əniq əhalisinin müxtəlif tayfa və qəbilələrdən ibarət olduğu bildirilir. Buna görə də kənd əhalisini təşkil edən sixillərin (nəsillərin) adları bir neçə şəxsin simasında bölünmüşdür:Abukarar,Hacıxanar, Tatlayar,Arabar, Dəmirqayayar,Fəqiyar,Misgiyar,Caqqalar, Qasumar.
    Kəndin tarixi abidələri içərisində Mahalın tacıadı ilə məhşurlaşan məscid də xüsusi yer tutur. Əvvəllər bu məscidin yerində çiy kərpicdən tikilmiş bir mərtəbəli məscid binası var imiş. Sonradan Məkkə ziyarətlərinə gedən əniqlilər müxtəlif şəhərlərdə gördükləri gözoxşayan məscid binalarından birini də öz kəndlərində ucaltmaq istəmişlər. Binanın bu cür adlanması isə onun xarici görünüşünə görə Tac Mahala bənzəməsi ilə bağladır. Bundan başqa Əniq icmasında Böyük Vətən müharibəsində həlak olmuş insanların xatirəsinə həsr olunmuş abidə də vardır. Əniq icmasının maraqlı cəhətlərindən biri də bu kənddə yaşı çox qədimlərə söykənən yaşayış evlərinin olmasıdır.
    Əniq icmasında baş tutan İKQ seminarının xüsusi keçməsi isə qədim və özünəməxsus Əniqin fərqliliyini bir az daha artırdı. AzKİL əməkdaşları olaraq iclasın keçirilməsi üçün nəzərdə tutulan kənd klubuna daxil olduqda bütün oturacaqların dolu olması bizə kənd əhalisinin əməkdaşlığa nə dərəcədə meylli olmasını göstərirdi. İnfrastruktur baxımından yetəri qədər problemlərlə üz-üzə dayanmış Əniq icma əhalisinin problem ardıcıllığı mərhələsində İçməli su,içməli su!deyə səslənərək böyük ajatajla və həyəcanla etdiyi seçim sonda onların alqışı ilə nəticələndi.
    Kəndin həkimi problemin təkcə infrastruktur baxımından deyil həm də insan sağlamlığına vurduğu fəsadlardan bəhs edərək bildirdi ki, nəinki isti yay günlərində hətta soyuq qış aylarında belə dağlardan süzülərək gələn soyuq bulaq suyunu öz zərif çiyinlərində daşıyan qadınlarımızın üzləşdiyi bel,böyrək,ağciyər xəstəliklərini isə saymaqla bitməz. Əsasən kənd qadınlarının mövcud problemdən nə dərəcədə əziyyət çəkdiyini isə öz gözlərimizlə gördük. Belə ki, 1 km uzaqlıqdan, sərt çay daşlarının üzərindən keçərək ağır səhənglər vasitəsi ilə su daşıyan Əniq xanımlarının- Biz gənc qızlarımızın,körpə uşaqlarımızın bizim kimi bu problemdən əziyyət çəkməsini daha istəmirik,ümidimiz sizədir! deyə etdiyi müraciət isə problemin əhəmiyyətliliyini bir daha göstərdi. İçməli su çatışmazlığı problemini prioritet seçən Əniqlilərin gözlərindəki ümid işığını yandırdığına görə AzKİL-lə qürur duyuruq!

    Qusar rayonu Əniq icması

    Qusar rayonu Əniq icması

    Qusar rayonu Əniq icması

    Qusar rayonu Əniq icması

    Bölmələr: ---