» Qəbələ şəhərində İcma Əsaslı Gəlirgətirən Layihələr Nəticələrin Təhlili mövzusunda Konfrans

Qəbələ şəhərində İcma Əsaslı Gəlirgətirən Layihələr Nəticələrin Təhlili mövzusunda Konfrans

Baxılıb: 535

  • Tarix: 8-04-2016, 10:21
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) saysız-hesabsız layihələrə imza atmaqla Azərbaycanda 10 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində AzKİL 1600-dən çox sosial və iqtisadi yönümlü infrastruktur layihələri həyata keçirərək kənd sakinlərinin bu infrastrukturlara çıxışı və istifadəsini yaxşılaşdırmış, eləcə də kənd yerlərində ailələrin iqtisadi imkanlarını genişləndirmişdir. AzKİL Kənd Təsərrüfatı Nazirliyinin vacib layihələrindən biri olaraq son dövrlərdə icmalarda pilot gəlirgətirən layihələr həyata keçirməklə də ailələrin iqtisadi durumlarında xeyli irəliləyişlərin baş verməsinə nail olmuşdur. Bu prosesin məntiqi davamı olaraq isə AzKİL, Kənd Təsərrüfatı Nazirliyinin xüsusilə dəstək verdiyi Heyvandarlıq Südçülük Kooperativlərinin icmalarda təşəkkül tapmasına da öz töhfəsini verməkdədir. Bu baxımdan, son illər ərzində AzKİL tərəfindən icra olunmuş icma əsaslı gəlirgətirən layihələrin nəticələrinin təhlil edilməsi məqsədi ilə 7 aprel 2016-cı il tarixində Balakən, İsmayıllı, Qəbələ, Bərdə, Ağcabədi, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Lənkaran, Masallı, Ağdaş və Göyçay rayonlarını təmsil edən 130 nəfərin iştirakı ilə Qəbələ şəhərində geniş konfrans təşkil olundu. Konfransın keçirilməsində məqsəd gəlirgətirən layihələrlə bağlı əlda olunmuş nailiyyətləri nümaiş etdirmək, qarşıya çıxan çətinliklrin təhlilini aparmaq və bu cür layihəlırin gəlcəkdə daha da uğurlu olması üçün onların inkişaf perspektivlərinə dair yeni təkliflər verməkdir.
    Konfransın əvvəlində Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dünya Bankının AzKİL-2 üzrə tapşırıq qrupunun rəhbəri Daniel Ouen və AzKİL-2-nin İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova giriş nitqi ilə iştırakçıları salamlayaraq konfransın əhəmiyyətindən danışdılar, həmçinin hər kəsi müzakirələrdə fəal olmağa çağırdılar və konfransın işinə uğurlar dilədilər. Daha sonra isə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi Dövlət Xidməti tərəfindən həyata keçirilən pilot layihələrin təqdimatı keçirildi. Növbəti olaraq, aqrar sahədə informasiya məsləhət xidmətinin təşkili mövzusunda sektorlar üzrə plenar müzakirələr aparıldı. Sonra isə konfrans iştirakçıları Öyrənilmiş Dərslər və Məsləhət Paneli müzakirələri üçün 4 paralel qrupa bölündülər və sonda hər bir qrup hazırladıqları təqdimatı bütün iştirakçılar qarşısında təqdim etdilər.
    Nahar fasiləsindən sonra İsmayıllı rayonunun Sumağalı icmasının nümayəndəsi Gəlirgətirən layihələrlə əlaqədar digər donorlarla iş mövzusunda təqdimatla çıxış etdi.
    Konfrans Dünya Bankının AzKİL-2 üzrə tapşırıq qrupunun rəhbəri Daniel Ouen tərəfindən edilən yekun çıxış ilə tamamlandı. Bildirildi ki, bu cür tədbirlər hər birimizə yeni fikirlər, biliklər, təcrübələr verir və hamıya nəsə öyrədir.

    Bölmələr: ---