» Sabirabad rayonunun Sarxanbəyli icması

 
 
 

Sabirabad rayonunun Sarxanbəyli icması

Baxılıb: 531

  • Tarix: 31-03-2016, 21:26
  • Sarxanbəyli icması Sabirabad rayonunun ən ucqar kəndlərindən biridir. Kəndin əsası 1538-ci ildə qoyulub. Kənd ağsaqqallarının dediklərinə görə kəndin adı burada ilk məskunlaşan üç bəydən birinin Sarxan bəyin adı ilə Sarxanbəyli kimi tarixə düşüb. Kəndin insanları çox güləriz, mehriban, mülayim xasiyyətlidirlər. Boz ayın sərt küləyinin var gücü ilə əsməsinə baxmayaraq kənd məktəbinin həyətində əhali qocalı-cavanlı toplaşıb bizi gözləyirdilər. Bizi qarşılayan insanlar AzKİL barədə gec məlumat tutmalarına təəssüfləndiklərini bildirdilər və AzKİL ilə əməkdaşlığa gec başlasalarda ən nümunəvi icmalardan biri olacaqlarına söz verdilər. İKQ seminarı prosesi zamanı onların nə qədər mütəşəkkil bir icma olduqlarına və sözlərini tutacaqlarına əmin olduq. Problemlərin ardıcıllığı prosesi zamanı əhali ən vacib icma layihəsi kimi yolu seçdilər.

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Sabirabad rayonunun Sarxanbəyli icması

    Bölmələr: ---