» Goranboy rayonunun Goranlı icması

 
 
 

Goranboy rayonunun Goranlı icması

Baxılıb: 500

  • Tarix: 31-03-2016, 21:22
  • AzKİL-2 çərçivəsində növbəti səfərbər olunmuş icma Goranboy rayonu Goranlı icması oldu. Goranlı icması təcrübəli icmalardan olduğuna görə icma sakinlərinin bir araya gəlməsi və tədbirin təşkil olunması yüksək səviyyədə həyata keçirildi. Tədbir açıq havada-Goranlı kənd tam orta məktəbinin həyətində baş tutdu. Kənd tarixçəsi aləti işlənərkən icma sakini Asim Nəbiyev əsl peşəkar kimi kəndin tarixi haqqında vermiş olduğu geniş və ətraflı məlumatlar həm icma sakinlərini, həm də AzKİL-2 əməkdaşlrını sözün əsl mənasında təəccübləndirdi. Onun sözlərinə görə kəndin tarixi kənd ərazisindəki iki qədim qəbirstanlığın tarixi ilə müəyyən edilir ki,bu da VII əsrə təsadüf edir. Goranlı icmasının əhalisi Goran çayı yaxınlığında uzun müddət yaşamışlar, lakin taun xəstəliyindən əziyyət çəkdiklərinə görə bu ərazini tərk etmiş və indiki Kürəkçay ətrafında məskunlaşmışlar. Goran sözünün mənası gör, anlasözlərinin birgə mənasına uyğun gəlir. Kənd tarixçəsini işləyərkən o da məlum oldu ki, hal-hazırda Goranlı kəndində Hacı Əfəndi adlı müqəddəs bir ziyarətgah var ki, nəinki icma sakinləri, hətta ətraf ərazilərdən də insanlar buranı müntəzəm olaraq ziyarət edirlər.
    Proseslərin davamında kəndin müxtəlif təbəqələrinin iştirakı ilə icmanın ən aktual ehtiyacları aşkarlanaraq ardıcıllığa düzüldü və Yolların bərbad vəziyyətdə olması problemi icma layihəsi kimi səsvermə yolu ilə ön plana çəkildi.

    Goranboy rayonunun Goranlı icması

    Goranboy rayonunun Goranlı icması

    Goranboy rayonunun Goranlı icması

    Goranboy rayonunun Goranlı icması

    Goranboy rayonunun Goranlı icması

    Goranboy rayonunun Goranlı icması

    Goranboy rayonunun Goranlı icması

    Goranboy rayonunun Goranlı icması

    Bölmələr: ---