» Yardımlı rayonu Horonu icmasında İKQ Seminarı

Yardımlı rayonu Horonu icmasında İKQ Seminarı

Baxılıb: 1188

  • Tarix: 21-03-2016, 15:03
  • Yazın gəlməsi ilə əlaqədar dağ kəndlərində səfərbərliklərin təyin olunmasına Yardımlı rayonu Horonu icmasından başladıq. Horonu icması da digər icmalar kimi sərt relyefi ilə diqqətimizi çəkdi. İlk sakinlərin bu ərazilərdə nə üçün məskunlaşdığı insanı düşündürür. Bu, icmanın tarixinə və adının mənasına nəzər saldıqda aydın olur. Horonu sözünün mənəsı hor-bitki, onu-bulaq deməkdir. İcma qədim karvan yolunun üstündə yerləşdiyindən və ərazidə bulaq olduğundan məskunlaşama XIII-XIV əsrdən başlanmışdır. Horonu kəndində 5 əsrdən çox yaşı olan Ağ Çinar tarixi abidəsi, XVI əsrə aid Çiləxana ocağı var. Bundan əlavə 1915-1945 ci illərdə Yardımlı rayonunda ən böyük su dəyirmanı Horonu kəndində olmuşdur. Bu icmanın Müctehid Ağaşeyx Nurulla kimi tarixi şəxsiyyəti olmuşdur.
    İKQ seminarı məktəbin həyətində təşkil olunmuşdu. İştirakçıların sakit və səbrli olması onların problemlərinin həllində AzKiL-ə böyük ümidlərinin olmasının sübutu idi. İcmada yollar və elektrik sistemi bərbad vəziyyətdə, məktəbdə isə sinif otaqları çatışmır. İcmanın ilk istəyi “Yollarının təmir olunması” oldu. Uzaq məsafədən içməli suyu qablarda evlərinə gətirən Horonu icmasının ikinci seçimi “İçməli su azlığı” problemi oldu.

    Bölmələr: ---