» Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

 
 
 

Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

Baxılıb: 978

  • Tarix: 18-03-2016, 11:00
  • Buludlu yaz günlərinin birində İKQ seminarının keçirilməsi üçün üz tutduğumuz infrastrukuturu zəif olan növbəti icmalarımızdan biri də qədim Oğuz elinin özünəməxsus cəhətləri və əhalisi ilə fərqlənən Mücrüm Kərim icması oldu. Seminar kənd orta məktəbinin iclas zalında baş tutdu. Köhnə və yarımçıq tikili olan orta məktəb binasının bu təmirsiz iclas zalının bayram əhval ruhiyyəsində bəzənməsi və əhalinin zaldakı oturacaqları dolduraraq hətta qapı arxasından iclası izləməsi Mücrüm Kərim icmasının layihə ilə əməkdaşlıqda nə dərəcədə maraqlı olmasının ilk göstəricisi idi.
    Kənd 1992-ci ilə qədər Vardanlı kimi adlandırılmışdır.Alazan-Həftəran vadisinin ən qədim yaşayış məskənlərindən biridir. Vardanlı sözü türk mənşəli olub dan/ Tanrı, Var/ var olmaq,yaranmaq sözlərinin birləşməsindən əmələ gələrək Tanrıdan yaranan kimi anlaşılır. Ehtimal edilir ki, kəndin adı qədim məşhur Alban hökmdarı Cavanşirin babası Vardanın adı ilə bağlıdır. Kəndin cənub-qərbində yerləşən Hökmdar düzü ndə indi də qalmaqda olan qədim kurqanlar və orada aparılan təqdiqatla,əldə edilən maddi sübutlar bu kəndin hökmdar sülalısi ilə bağlılığını bir daha təsdiqləyir. Kənd ərazisində Alban məzaqlıqlarının qalıqları da mövcuddur.
    Vardanlı həm də XIX əsrin birinci yarısında yaşamış el şairi Mücrüm Kərim Vardaninin vətəni olmuşdur. Mücrüm Kərim Vardani haqqında ilk elmi məlumata S.Mümtazın əsərlərində rast gəlirik. 1978-ci ildə xalq şairi, professor Əzizə Cəfərzadə bu şairin əlyazmasını tapmış, şairin yaradıcılığından seçilmiş nümunələr əsasında Sünbülüstanadlı kitabı nəşr etdirmişdir. Şairin Mücrüm (günahkar) Kəsri təxəllüsləri ilə yazdığı əbədi nümunələrdən ibarət əlyazma Respublika Əlyazmalar İnstitutunda saxlanmaqdadır. 1992-ci ildə şairin doğulduğu Vardanlı kəndinin adı dəyişdirilərək Kərimli kimi daha sonralar isə bu ərasizidə yeni yaşayış maasivi yaradıldığından bu ərazi Mücrüm Kərim kimi adlandırılmış və şairin xatirəsi əbədiləşdirilmişdir. Bundan başqa şairə, publisist Gülahi Pənah da bu kəndin fəxrlərindən biridir.
    Etnik tərkibinə görə qarışıq olan kənddə ləzgi, mesxeti türkləri və tatar millətlərinin nümayəndələri də yaşamaqdadır. Problem ardıcıllığı zamanı əhalinin kəndin müxtəlif sahələrdə olan çoxsaylı infrastruktur problemləri arasından birinci olaraq seçdiyi isə Yolların yararsız olması oldu.
    Seçimlərindən razı qalan Mücrüm Kərim icma əhalisi AzKİL-2 ilə həyata keçiriləcək layihələrin davamlı olmasını arzuladı.

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Oğuz rayonu Mücrüm Kərim icmasında İKQ seminarı

    Bölmələr: ---