» Bərdə şəhərində Bacarıqların Artırılması Konfransı Baş Tutdu

Bərdə şəhərində Bacarıqların Artırılması Konfransı Baş Tutdu

Baxılıb: 711

  • Tarix: 29-01-2016, 21:26
  • Bu gün Bərdə şəhərində Qarabağ zonası üzrə Regional Bacarıqların Artırılması Konfransı keçirildi. Konfransda Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonunu təmsil edən icma liderləri, Bərdə və Ağcabədi Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, AzKİL-in Dünya Bankı üzrə Tapşırıq Meneceri Dan Ouen, İcma İnkişafı üzrə Meneceri və Direktor müavini Gülbəniz Qənbərova və Qarabağ zonası üzrə Əməliyyatlar Ofisinin əməkdaşları iştirak edirdi. Tədbirdə AzKİL-in Gəlirgətirən Layihələr üzrə Mütəxəssisi Vüqar Mohumayev Kənd Təsərrüfatı Nazirliyinin Pilot Layihəsi olaraq yeni yaradılmış PROQRESS Südçülük Kooperativinin geniş təqdimatını verdi. Plenar sessiyada aparılan bu təqdimat iştirakçıların geniş marağına səbəb oldu. Layihənin İcma İnkişafı Meneceri bildirdi ki, bundan sonra kooperativ birliklər kimi səfərbər olunmağa təşəbbüs göstərən icmalar üçün ayrıca seminarlar təşkil olunacaq və fermerlərə bu barədə detallı məlumatlar veriləcək. Ağdam rayonunun Mahrızlı icmasını təqdim edən Zəngişallı Bələdiyyəsinin sədri Şahmalı Qəhrəmanov və Ağcabədi rayonunun Minaxorlu icmasını təqdim edən İcma Lideri Mahirə Eyvazovanın da təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılandı və təqdimatçılar iştirakçıların çoxsaylı suallarını cavablandırdılar.

    Bölmələr: ---