» Şəmkir rayonunun Tatarlı icması

 
 
 

Şəmkir rayonunun Tatarlı icması

Baxılıb: 1182

  • Tarix: 25-01-2016, 10:21
  • Şəmkir rayonu Tatarlı icması AzKİL-2 çərçivəsində səfərbər olundu. Rayon mərkəzindən 45 km məsafədə yerləşən Tatarlı icmanın əhalisi 3014 nəfərdən ibarətdir. İKQ seminarını keçirilməsi üçün əhali Mədəniyyət Evinə toplaşmışdı. Soyuq hava şəraiti olmasına baxmayaraq icma sakinləri tədbirə çox maraqla gəlmişdilər. Onlar bu kənddə hələ heç bir layihənin həyata keçirilmədiyini söyləyərək ümidlərinin AzKİL-2 olduğunu dilə gətirdilər. Kənd tarixçəsi alətini işləyərkən məlum oldu ki, tarixi XII əsrdən başlayan icmanın adı monqol-tatarların bu ərazidən keçərkən bir nəfər tatarın kənd ərazisində qalıb burada yaşaması ilə bağlıdır. Kəndin 6 şəhidi, 7 Qarabağ müharibəsi iştirakçısı və 2 nəfər Böyük Vətən müharibəsi veteranı var. İcmanın ərazisində Dağdağan və Düldül adlı ziyarətgahları var. Ətraf ərazilərdən bu ocaqlara bir çox insanlar ziyarətə gəlirlər. Tədbir zamanı icmada bir sıra infrastruktur problemlərindən - yolların bərbad vəziyyətdə olması, içməli su və suvarma suyunun çatışmamasından danışıldı və bu problemlər müqayisə edilərək ardıcıllığa düzüldü. İcma sakinləri Yolların bərbad vəziyyətdə olması probleminə yekdilliklə səs verərək icma layihəsi kimi seçdilər.

    Şəmkir rayonunun Tatarlı icması

    Şəmkir rayonunun Tatarlı icması

    Şəmkir rayonunun Tatarlı icması

    Şəmkir rayonunun Tatarlı icması

    Şəmkir rayonunun Tatarlı icması




    Bölmələr: ---