» Ağcabədi rayonunun Bilağan icması

 
 
 

Ağcabədi rayonunun Bilağan icması

Baxılıb: 659

  • Tarix: 25-01-2016, 10:17
  • Biləğan Ağcabədi rayonunun Boyat İnzibati vahidinə aid bir kənddir. 1917-ci ildə "Biləqan", 1933-cü ildə "Biləxan" adı ilə adlandırılmış, kənd sakinlərinin söylədiklərinə görə isə əvvəllər "Beyləqan" da adlandırılmışdır ki, bu da toponimə görə "düzənlik çöl" deməkdir. Bilağan icması Ağcabədi rayonunun qədim kəndlərindən biri hesab olunur. Kənd sakinlərinin İştiraklı Kənd Qiymətləndirilməsi Seminarında söyldiklərinə əsasən bu kəndin tarixi XIV əsrdən xəbər verir ki, bunu da təsdiqləyən kənddə olan qədim tapıntılardır. Bilağan kəndi hazırkı dövrdə kənd təsərrüfatının heyvandarlıq və əkinçilik sahələri ilə sıx məşğul olaraq öz güzaranlarını qursalar da kəndin bir çox problemləri hələ də həll edilməmiş qalmaqdadır. Baxmayaraq ki, təhsil sahəsndə hökümət tərəfindən 2012-ci ildə yeni məktəb istifadəyə verilmişdir, icmanın infrastruktur sahədə olan çatışmazlıqları bu günədək kənd sakinlərinə problem yaratmaqdadır. Elə onların AzKİL-2-yə müraciətləri də bu zəmindən yaranmışdır. Bunları nəzərə alıb bütün təşkilati işlər görülərək icmaya səfər edildi və səfərimiz müsbət nəticələndi. İştiraklı kənd Qiymətləndirilməsi fəallıq şəraitində keçdi, hiss olundu ki, bu icmada təcrübəli üzvlər çoxdur, uğurla keçən ehyiyacların qiymətləndirilməsində seçim "Yolun bərpası" layihəsi oldu.

    Ağcabədi rayonunun Bilağan icması

    Ağcabədi rayonunun Bilağan icması

    Ağcabədi rayonunun Bilağan icması

    Ağcabədi rayonunun Bilağan icması

    Ağcabədi rayonunun Bilağan icması

    Ağcabədi rayonunun Bilağan icması

    Bölmələr: ---