» Qax rayonu Çüdüllü icması

 
 
 

Qax rayonu Çüdüllü icması

Baxılıb: 1507

  • Tarix: 6-01-2016, 14:29
  • Çüdüllü kəndi Böyük Qafqaz sıra dağlarının şimalında, Qax rayonundan 17 km aralıda yerləşən, hər tərəfi meşə və çaylarla əhatə olunmuş infrastrukturu zəif olan kəndlərdəndir. Kənd çox qədim bir tarixə malikdir. Keçmişdə insanların məskən saldığı bu ərazidə çədi (çoban yastığına oxşar) bitkisi həddindən artıq çox yayılıbmış və onlar ərazini çədili ərazi kimi adlandırıblar. İllər keçdikcə çədili sözü deformasiya olunaraq indiki Çüdüllü kimi ifadə olunub. Kəndin ərazisində XVIII əsrdə inşa olunmuş qədim məscid və Kimsənə adlandırılan ziyarətgah vardır.
    Kəndin Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidi Xasiyev İbrahimin adı əbədiləşdirilərək kənd orta məktəbinə verilmişdir. Çüdüllü kəndinin fəxrlərindən biri də bu kənddə doğulub boya-başa çatan və hal-hazırda Bakı şəhərində yaşayan şairə Nüvgər Şərifovadır. Bundan əlavə kənddə kişilərdən və eləcə də qızlardan ibarət futbol komandası vardır ki,onlar da bir neçə dəfə rayon birinciliklərinin qalibi olmuşlar. Həmçinin Qax Rayon qızlardan ibarət futbol komandasının üzvlərindən bəziləri də məhz bu kənddəndir.
    Etnik tərkibinə görə Çüdüllü kənd sakinləri əsasən azərbaycanlılardan ibarətdir. İKQ seminarı zamanı göstərdikləri səmimiyyət və fəalliq AzKİL-2-nin əməkdaşlarının diqqətindən yayınmadı. Seminarın sonunda icma üzvlərinin fəallığı nəticəsində prioritet olaraq Suvarma arxlarının yararsız olması problemi seçdildi.

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Qax rayonu Çüdüllü icması

    Bölmələr: ---