» Quba rayonu Tüləkəran icması

 
 
 

Quba rayonu Tüləkəran icması

Baxılıb: 2134

  • Tarix: 20-11-2015, 14:44
  • Quba rayonunun dağlıq kəndlərindən sayılan Tüləkəran kəndi infrastrukturunun həddən artıq bərbad olması ilə diqqət çəkən kəndlərdən biridir. Kənddə ilk məskunlaşma XVII əsrin əvvəllərində baş vermişdir. Kəndin adının mənası isə ər məkan yəni igidlər məkanı kimi ifadə olunmaqdadır. Əhalisi əsasən Yenikənd, Suxtakələ kəndlərindən köçüb gəlmə əhali olmuşdur. Həmin kəndlərin əhalisi əsasən əkinçilik və dulusçuluqla məşğul olurmuşlar. Tüləkəran kəndi də Ağçayın sahilində yerləşdiyi üçün dulusçuluq üçün burada kifayət qədər lazımi olan su və gili tapmaq mümkün idi. Məhz bu səbəbdən yuxarı kəndlərin əhalisi zaman keçdikcə bu ərazidə məskulaşmağa başlamışlar. Əhali hazırladığı saxsı qabları hətta respublikamızın digər bölgələrində də satırmış.
    Rayon mərkəzindən cəmi 16 km uzaqlıqda olmasına baxmayaraq Tüləkəran icması çoxsaylı infrastruktur tipli problemlərlə qarşı-qarşıya dayanmaqdadır. Belə ki kənddə tibb məntəqəsinin,uşaq bağçasının,suvarma arxlarının olmaması kimi problemləri saymaqla bitməz. İKQ seminarı zamanı əhalinin ən çox əziyyət çəkdiyi və tez bir zamanda öz həllini tapmasını istədiyi problem isə Yolların yararsız olması oldu.
    Tüləkəran kəndi barəsində qeyd etmək olar ki bu kənddə bir nəfər Azərbaycan Bayrağı ordenimükafatçısı və bir nəfər Böyük Vətən müharibəsi vetaranı vardır. Bundan əlavə kənd ərazisində abidə olaraq tarixi çox qədim olan məscid binası və qədim Qarağac ağacı qorunur. Bu ağacın təxminən 400 il yaşı olduğu bildirilir. Kənddə Qonşu övliya kimi ziyarətgah və Qırx bulaq adı ilə məşhur olan bulağa da rast gəlmək mümkündür.

    Quba rayonu Tüləkəran icması

    Quba rayonu Tüləkəran icması

    Quba rayonu Tüləkəran icması

    Bölmələr: ---