» Xaçmaz rayonu Dədəli icması

 
 
 

Xaçmaz rayonu Dədəli icması

Baxılıb: 1616

  • Tarix: 20-11-2015, 13:00
  • Dədəli kəndi Xaçmaz rayonunun qədim kəndlərindən biridir. Məskunlaşma tarixi IX-X əsrə təsadüf edən bu kəndin adının mənası sahibi olan yer mənasında işlənir. Tarixi rəvayətlərə görə isə Dədəli sözü Dəh dəli kimi ifadə olunur ki bu da fars dilindən tərcümədə on döyüşkən igid mənasında işlənir. Rəvayətə görə Azərbaycan xanlarından olan Hacı Davud 1680-ci ildə bu kənddə anadan olmuşdur. Hacı Davud xan 1721-1728-ci illərdə böyük bir ərazinin xanı olmuşdur. Bu kəndin ərazisində yerləşən böyük bir torpaq sahəsi, indi də kənd sakinləri tərəfindən "Davud yerləri" kimi adlandırılır. Kənd haqqında maraqlı faktlardan növbətisi isə tarixi mənbələrdə göstərilən məşhur türk səyyah-tarixçisi Övliya Çələbinin Qafqaza səyahəti zamanı Dədəli kəndində də olması və bir müddət burada yaşamasıdır. O burada vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. İndi də həmin yer Çələbilər piri kimi insanların ziyarət ocağına çevrilmişdir.
    Etnik tərkibinə görə əsasən azərbaycanlılardan ibarət olan bu kəndin 4 Qarabağ müharibəsi şəhidi vardır. Kəndin orta məktəbi də məhz onlardan birinin adı ilə adlandırılmışdır. Bundan əlavə Dədəli kənd orta məktəbinin məzunlardından bir nəfər Texniki Elmlər doktoru, bir nəfər Filologiya Elmləri namizədi və bir nəfər isə fizika üzrə Fəlsəfə doktorudur.
    Xəzər dənizindən cəmi 4 km uzaqlıqda yerləşən Dədəli icma sakinləri olduqca küləkli bir gündə baş tutan İKQ seminarının keçirilməsi üçün orta məktəbin binasına toplaşmışdı. Kənd əhalisi seminar gedişində fəallığı problem seçimində də göstərdi və birinci olaraq Yolların yararsız olmasını seçdi.

    Xaçmaz rayonu Dədəli icması

    Xaçmaz rayonu Dədəli icması

    Xaçmaz rayonu Dədəli icması

    Xaçmaz rayonu Dədəli icması


    Bölmələr: ---