» ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

 
 
 

ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

Baxılıb: 1603

  • Tarix: 20-11-2015, 09:47
  • Dağlar qoynunda yerləşən Astara rayonunun Pəlikeş (Talış sözü olub - Dərədən qazılan yol mənasını verir) icmasına gedən zaman ilk düşündüyümüz insanların vaxtında yığışa bilməyəcəkləri idi . Çünki kənddə evlər arasında məsafə bəzən 1 km dən çox idi. Dağlara səpələnən evlərdən insanların toplaşmağına inanmaq çox çətin idi. Amma yolboyu dəfələrlə kəndin Ərazi icra nümayəndəsi Balakişi müəllim tez-tez zəngedərək nə vaxt çatacağımızı soruşması marağımızı cəlb edirdi. 2 saatlıq uzun yoldan sonra kəndin girəcəyinə çatdıqda xəstəxananın həyətində dəstə - dəstə toplanmış kişiləri gördükdə ilk an təəsüfləndik. Onların yanında yalnız bir qadın dayanmışdı. AzKİL -2 əməkdaşları onlara yaxınlaşaraq iştirakçı sayının az olduğunu və qadınların isə demək olar ki, olmamasını qeyd etdikdə sakinlər yaxınlaşıb Narahat olmayın qadınlar da burdadır deyə sakitcə və gülərüzlə bizi İKQ seminarı üçün hazırlanmış yerə dəvət etdilər. Bu zaman binanın içərisindən qadınların dəstə ilə çölə axışdıqlarını gördük. Yetərsayın olduğunu görüb seminarı başlayan zaman əvvəldən axıra insanların üzlərində olan inam hissi və bu inamdan doğan pozitivlik onların sakitcə seminarı izləməsinə səbəb oldu. Xəstəxana binası yoldan xeyli aşağıda yerləşdiyindən oraya düşmək bir az narahatlıq törətsə də fiziki qüsurlu insanın belə seminara gəlməsi AzKİL -ə olan inam hissəsinin böyüklüyünü göstərirdi. Sakinlərin hamısı yaxınlaşaraq təşəkkürlərini bildirərək heç zaman burda belə tədbirin olmadığı qeyd etdilər. Ağbirçək qadınların yaxınlaşaraq səmimiyyətlə əlimizdən tutaraq nə yaxşı ki, gəlmisiniz demələri insanın qəlbində böyük fərəh yaradırdı. AzKİL əməkdaşlarının qəlbində yalnız bir fikir formalaşırdı: - Nə yaxşı ki, mən belə bir xoşməramlı layihənin əməkdaşıyam..
    Pəlikeş icmasında problemlər çox olsada onları maraqlandıran ən böyük problem xəstəxana binasının bərbad vəziyyətdə olması idi. 40 ildən çox tarixi olan keçmiş kolxoz binasında yerləşən bina tikildiyi vaxtdan bəri heç zaman təmir olunmamışdı. Pəlikeş icması isə Astaradan xeyli uzaq olduğuna görə rayon mərkəzinə gedib çatmaq heç də asan deyil. Bu səbəbdən bu problem ən çox səs topladı.

    ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

    ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

    ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

    ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

    ASTARA RAYONUNUN PƏLİKEŞ İCMASI

    Bölmələr: ---