» MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

 
 
 

MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

Baxılıb: 1419

  • Tarix: 20-11-2015, 09:45
  • 19 noyabr 2015-ci il tarixi üçün Masallı rayonu Seyidtəpə icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarının keçirilməsi üçün vaxt təyin edilmişdi. Dünəndən başlayan güclü yağışın kəsmədiyini gördükdə insanların seminar üçün vaxtında toplaşacağına az inam olsada AzKİL-2 əməkdaşları vaxtından əvvəl icmaya gəldilər. İcmada heç bir inzibatı bina olmadığından əhali məscidin həyətinə toplaşmalı idi. Məscidə yaxınlaşan zaman bir dəstə sakinin məscidin qarşısında olan ensiz çardağın altında dayandıqlarını gördük. Yaxınlaşan zaman məscidin içində də xeyli insanın toplaşdığı diqqətimizi cəlb etdi. Çöldə güclü yağış yağdığından seminarı məscidin içərisində keçirmək təklif olundu. Məscidə daxil olan zaman yağışlı havaya baxmayaraq uşaqlı böyüklü Seyidtəpənin xeyli sakininin buraya toplaşdığını məlum oldu. Hələ yolboyu gələndə hər küçədə bir neçə evdən bir səfərbərliyə çağırış elanlarının asıldığı diqqətimizi cəlb etmişdi. Toplaşan insanları görən zaman kənd liderlərinin bu zəhmətinin hədər yerə olmadığına tam əmin olduq. Çox maraqla keçən səfərbərlikdə məlum oldu ki, qədim məskən olan bu ərazidə yaşayan əhalisinin böyük əksəriyyəti Səudiyyə Ərəbistanından İranın Nəmin adlanan ərazisinə, Şah İsmayıl Xətainin dövründə isə bu əraziyə köç etmişdilər. Əhalinin əksəriyyətinin eyni nəsilə mənsub olması da maraqlı bir fakt idi. Lakin təəssüflər olsun ki, heç zaman icma ərazisində nə məktəb, nə bağça , nə də digər obyektlər olmamışdır. Əhali AzKİL-2 -nin oraya gəlməsini 70 ildən çox bir vaxtda onlara bəxş olunan ən böyük hədiyyə kimi qiymətləndirirdilər. İcmanın yaşlı olmasına baxmayaraq lideri sayılan Qızgül Yusubova Bizim icma sakinlərinin ehtiyacı çoxdur, nə yaxşı ki, sonda bizi də yada salan oldu. deyərək öz təşəkkürünü bildirdi. İcma qadınlarının fəallığı da nəzərdən qaçmırdı. Problemləri bol olan Seyidtəpə icması ən vacıb problem kimi Yolun bərbad vəziyyətdə olması problemini seçən zaman qadınlar qeyd etdilər ki, yolu təmir edən zaman yolkərı arxlar qazılıb təmizlənməsə layihə uzunömürlü olmayacaq. Qadınlar vurğuladılar ki, Biz demirik ki, arxları da siz təmizləyin və bərpa edin. Ona biz cavabdehik. Amma mühəndisiniz bizə haranı və necə bərpa edəcəyimizi başa salsın. Biz öz öhdəliyimizi məsuliyyətlə yerinə yetirərik. Belə qadınları olan Seyidtəpə hələ çox uğurlar qazanacaq.

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    MASALLI RAYONUNUN SEYİDTƏPƏ İCMASI

    Bölmələr: ---