» Astaranın Şəmətük icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

 
 
 

Astaranın Şəmətük icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

Baxılıb: 511

  • Tarix: 15-11-2015, 13:56
  • 10 Noyabr 2015-ci il tarixdə Astara rayonunda növbəti İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı infrastrukturu çox zəif olan icmalardan biri olan Şəmətük icmasında həyata keçirildi. Havanın yağışlı olmasına baxmayaraq AzKİL -2 əməkdaşları kəndə çatdıqda artıq əhali toplaşmış və çox səbirsizliklə gözləyirdilər. Kəndin ərazisində seminarının keçirilməsi üçün heç bir yararlı yer olmadığından seminar kənd sakini Fazil Məmmədova məxsus Əmənulla bulağı adlanan restoranın talvarında təşkil olundu. Seminarın gedişi zamanı məlum oldu ki, kəndin məskunlaşma tarixi VII əsrə təsadüf edir. Əhalinin bir hissəsi İranın Nəmin əyalətindən gəlmədir. Digər bir hissəsi isə yerli əhalidən ibarətdir. Şəmətük talış sözüdür, mənası çay qırağında çəmənlik deməkdir. Qədim dövrlərdə icmanın ərazisindən Cənubi və Şimali Azərbaycanı birləşdirən Karvan ticarət yolu keçib. Buna səbəb isə həmən ərazidə böyük bazarın olması idi. Eləcə də məlum oldu ki, icmada Şeyx Fətullah adlı tanınmış xeyriyyəçi olub. O, Lənkəran qəzasında katib işləmişdir. Əvvəlki dövürlərdə Şəmətük icması qəhrəman anaların çoxuşaqlı ailələrin sayı ilə digər kəndlərdən fərqlənirdi. İcmanın problemlərdən danışarkən yolların və elektrik sisteminin bərbad vəziyyətdə olması, içməli su çatışmazlığı, abadlıq işlərinin zəif olması, eləcədə icmada məktəb və uşaq bağçasının olmaması kimi problemlərin mövcud olduğu məlum oldu. İcma layihəsi kimi isə Yolların bərbad vəziyyətdə olması problemi seçildi.

    Astaranın Şəmətük icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    Astaranın Şəmətük icmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

    Bölmələr: ---