» Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

 
 
 

Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

Baxılıb: 1762

  • Tarix: 1-11-2015, 21:03
  • Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi məskulaşma tarixi XVIII əsrə təsadüf edən qədim kəndlərdən biridir. Kənddə ilk məskunlaşma Naxçıvanın Qaracuq mahalından gəlmə əhali tərəfindən olmuşdur. Daha sonra bu ərazidə 1874-cü ildə Quba rayonunun dağlıq Zeyid kəndindən bir qrup əhali məskunlaşmışdır. Bu səbəbdən də kənd Qaracik-Zeyid kimi adlandırılmışdır.
    Qaracik-Zeyid icması daha əvvəllər digər donor təşkilatlar ilə əməkdaşlıq sayəsində bəzi layihələrin həllinə nail olsa da icmada olan çoxsaylı infrastruktur problemlər hələ də qalmaqdadır.
    Məhz bu səbəbdən rayon mərkəzindən cəmi 12 km uzaqlıqda yerləşən Qaracik-Zeyid kənd əhalisi İKQ seminarı zamanı AzKİL-2 ilə əməkdaşlığa nə qədər istəkli olduqlarını açıq aydın sərgiləyirdilər. Kəndin qadınlarının fəallığını və səfərbərlikdə iştiraklılığını isə xüsusi qeyd etmək lazımdır. Problem ardıcıllığı zamanı əhalinin daha çox əziyyət çəkdiyi və ən tez həllinə nail olmaq istədiyi prioritet məsələ isə Kənddaxili yolların yararsız olması oldu.
    Kənd qədim yaşayış məskəni olduğundan burada tarixi XVIII əsrə dayanan qədim kənd qəbiristlanlığının qalıqları qalmaqdadır. Bundan əlavə kənd ərazisində Nənə piri və Çinar Övliya kimi ziyarətgahlar da vardır.

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi

    Bölmələr: ---