» Quba rayonunun İsnov kəndi

 
 
 

Quba rayonunun İsnov kəndi

Baxılıb: 2277

  • Tarix: 1-11-2015, 21:00
  • Quba rayonu İsnov kəndi tarixi XVII əsrə dayanan qədim dağ kəndlərindən biridir. Etnik tərkibinə görə tatlardan və ləzgilərdən ibarət olan kənd vaxtı ilə bu ərazidə olan isti novların (bulaqların) çoxluğuna görə İsnov kimi adlandırılmışdır. Kəndin tarixinin qədimliyini burada olan daş qəbirlərin üzərindəki yazılardan da müəyyən etmək mümkündür. Hətta kənd ərazisində çox qədim Xəlfədoşalı baba (Xəlifeyi ibn Dərviş kimi tərcümə olunur) kimi tanınan ziyarətgaha da rast gəlmək olar.
    Kənd ərazisində olan ictimai binaların vəziyyətinin kafi olması səfərbərlik prosesinin kəndin mədəniyyət evində keçirilməsinə səbəb oldu. Belə ki, kəndin orta məktəbi 1969-cu ildə tikilmişdir taxta binadan ibarətdir və istifadəyə yararsız olduğundan seminarın keçirilməsi üçün əlverişsiz idi. Bundan başqa kitabxana, feldşer məntəqəsi və kənd klubunun ortaq fəaliyyət göstərdiyi bina da 1981-ci ildə çiy kərpicdən tikilmişdir və istifadəyə yararsız vəziyyətdədir. Hətta səfərbərliyin keçirildiyi mədəniyyət evinin belə vəziyyəti şəkillərdən göründüyü kimi acınacaqlıdır. Lakin bunlar əhalinin toplaşmasına mane olmadı. İnfrastruktur problemlərin çoxluğundan əziyyət çəkən İsnov kənd əhalisi səfərbərlik prosesində problem ardıcıllığı zamanı Yolların yararsız olmasını yekdil səsçoxluğu ilə birinci olaraq seçdi.

    Quba rayonunun İsnov kəndi

    Quba rayonunun İsnov kəndi

    Quba rayonunun İsnov kəndi

    Quba rayonunun İsnov kəndi

    Quba rayonunun İsnov kəndi

    Quba rayonunun İsnov kəndi

    Bölmələr: ---