» Siyakeş İcmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

Siyakeş İcmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı

Baxılıb: 727

  • Tarix: 29-10-2015, 11:44
  • 27 oktyabr 2015-ci il tarixdə Astara rayonunun Siyakeş İcmasında İştiraklı Kənd Qiymətləndirilməsi Seminarı keçirildi. Icmada CHF təşkilatı ilə Elektrik layihəsi həyata keçirilmişdir. Yolun bərbad vəziyyətdə olması əksər icma sakinlərinin uzunboğaz çəkmə ilə səfərbərliyə gəlməsindən hiss olunurdu. Kəndin adı Siyakeş olsada Astara rayonunda Fətəlioba icması kimi tanınır. Bu, icmanın ilk sakini olan Fətəli adlı bir kişinin adı ilə bağlıdır. Icma sakinlərinin dediklərinə görə Fətəli kişinin nəslinin iki mindən çox davamçısı vardır. Iştirakçıların çoxu onun nəvə nəticələridir. Kənd tarixçəsi prosesində məlum oldu ki, Siyakeş icması XIX əsrdə məskunlaşmış, əhali əsasən Cənubi Azərbaycandan gəlmişdir. Siyakeş sözünün mənası qara qol deməkdir. Qol sözü burda çayın qoluna aiddir. Problemlər ardıcıllığı prosesində icma ən vacib problem kimi yolun bərbad vəziyyətdə olması problemini seçdilər.
    Kənd əhalisi talış etnik qrupunun nümayyəndələri olsada səfərbərlik zamanı verilən bütün məlumtaları və tapşırıqları ilk dəfədən tamamilə qavrayaraq yüksək səviyyədə qəbul edirdilər. Eyni zamanda icma qadınlarının çox fəal və savadlı olması Siyakeş icmasını digər icmalardan xeyli fərqləndirirdi. Seminar zamanı Siyakeş qadınlarının öz fikirlərini məntiqlə və sərbəst şəkildə ifadə etməsi AzKİL əməkdaşllarını heyran etmişdir.

    Bölmələr: ---