» Quba rayonunun Dəlləkli icmasıda səfərbərlik

Quba rayonunun Dəlləkli icmasıda səfərbərlik

Baxılıb: 1638

  • Tarix: 16-10-2015, 09:58
  • Quba rayonu Dəlləkli icması Qudyalçayın sol sahilində yerləşən və rayon mərkəzindən 14 km uzaqlıqda olan səfalı kəndlərdən biridir. İKQ seminarı zamanı kəndin əsasının 1830-cu illərdə Çar Rusiyası dövründə Poltava vilayətindən sürgün olunmuş ukraynalılar tərəfindən qoyulduğu məlum oldu. Əvvəlki adı burada ilk dəfə məskunlaşmış Pyotr və Pavel qardaşlarının şərəfinə Petropavlovka kimi adlandırılmış bu kəndin adı 1993-cü ildən əhalinin istəyi əsasına Dəlləkli kimi dəyişdirilmişdir.
    Etnik tərkibinə görə çox rəngarəng olan Dəlləkli kəndində 6 millətin (buduq, qırız, xınalıqlı, axıska türkləri, ləzgi və tat) nümayəndələri məskunlaşmışdır. Daha maraqlı faktlardan biri isə İKQ seminarı zamanı İQ seçimi mərhələsində qrup tərkibinə seçilən üzvlərin 5 millətin nümayəndələrindən olması oldu. Problem adıcıllığı zamanı İçməli su çatışmazlığı problemi səs çoxluğu ilə birinci olaraq seçildi.
    Respublikamızda ilk dəfə olaraq sənaye üsulu ilə intensiv bağlar məhz Dəlləkli kəndində salınmışdır. Hal-hazırda kəndin ərazisində meyvə istehsalı ilə məşğul olan yerli sənaye müəssisəsi də vardır.

    Bölmələr: ---