» Masallıda "Əlavə Sinif Otaqlarının Tikintisi" Layihəsinin Açılış Mərasimi

Masallıda "Əlavə Sinif Otaqlarının Tikintisi" Layihəsinin Açılış Mərasimi

Baxılıb: 1653

  • Tarix: 17-09-2015, 12:44
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş növbəti layihənin açılış mərasimi bilik günündə, 15 sentyabr 2015-ci il tarixində Masallı rayonunun Sarıqaya icmasında baş tutdu.
    Sarıqaya icması Masallı rayon mərkəzindən 15 km aralıda yerləşir. Kənddə uzun illərdən bəri məktəb
    binasında sinif otaqları çatışmırdı. Xüsusən də qış aylarında gün qısa olduğu üçün, qaranlıq düşənə qədər dərslər davam edir, bu isə şagirlərin vaxtında evlərinə gedib çatmasına mane olurdu. Məktəb binasında şagirdlərin təhsil alması üçün münasib şərait yox idi. Ona görə şagirdlərin dərsə davamiyyəti zəifləyir, təhsilin səviyyəsi aşağı düşürdü. Eyni zamanda binanın təmirsiz olması şagirdlərin sağlamlığına da mənfi təsir göstərirdi. Bu problem həll etmək üçün layihə çərçivəsində eni 9,40 m, uzunluğu 14,40 m ölçüdə 5 otaqlı əlavə sinif otaqları tikilib. İcra zamanı həmçinin 1 tonluq su çənu quraşdırılıb və 2 gözlü ayaqyolu inşa edilib.
    Layihə nəticəsində 113 nəfər şagirdin təhsil səviyyəsi və davamiyyəti yaxşılaşaq, vaxta qənaət (ikinövbəli sistemdən birnövbəliyə keçid) təmin ediləcək, müəllimlərin və texniki işçilərin iş yerlərində fəliyyəti yüksələcək.
    Layihənin açılışında Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, AzKİL-in Direktoru Sübhan Əsgərov, AzKİL-2 Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova, Sarıqaya İcra Nümayəndəsi, bələdiyyə sədri, kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL-in Bakıdan və regionlardan olan işçi heyəti iştirak etdilər.

    Bölmələr: ---