» Lənkəran rayonunun Qumbaşı icmasında səfərbərlik

Lənkəran rayonunun Qumbaşı icmasında səfərbərlik

Baxılıb: 613

  • Tarix: 27-06-2015, 18:43
  • 25 iyun 2015-ci il tarixdə Lənkəran rayonu Qumbaşı icmasında Səfərbərlik təşkil olundu. Qumbaşı icmasının əhalisi XVII əsrdə bu ərazidə məskunlaşıb. Qumluq ərazi burdan başladığından kənd Qumbaşı adlandırılmışdır. Əhalinin əsas məşğuliyyəti balıqçılıqdır. İcmaya el arasında balıqçılar kəndi də deyilir. Ələt-Astara Avtomagistralının Lənkəran hissəsində Lənkərana gələn qonaqları Qumbaşı icması salamlayır. Elə buna görə də tarixən Qumbaşı starateji əhəmiyyətli bir kənd olmuşdur. Hazırda Qumbaşı məktəbinin yerləşdiyi bina vaxtilə Rahiblərin yaşayış evi olub. Bu binaya yerli əhalinin girişi qadağan imiş. Səfərbərlik həmin binanın həyətində təşkil olunmuşdu. Bu binanın indiki idman zalının yanından yeraltı keçidə bir qapı açılır. Deyilənlərə görə burdan Balıq Zavodu, Kilsə və Hamama gizli yol var və həmin yolun kənarları kərpiclə hörülüb. Bir neçə il bundan əvvəl gənc bir icma sakini bu yolun hansı istiqamətlərə çıxmasını öyrənmək istəsə də təhlükə hiss edərək geri dönüb.
    İcma üzvləri bütün seminar boyu fəal iştirak etdikləri kimi icma ehtiyaclarının müəyyən olunmasında qadınlar da xüsusi fəallıq göstərdilər. Lənkəran rayonunda yağıntılar çox olduğundan yollar daha bərbad vəziyyətdə olur. Elə bu üzdən də icma sakinləri ilk olaraq yolların təmir olunmasını istəyir. Əhali içməli su təminatını suyu satın almaqla ödədiyindən icmanın ikinci əsas problemi içməli su çatışmazlığı oldu.

    Bölmələr: ---