» Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

 
 
 

Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

Baxılıb: 624

  • Tarix: 27-06-2015, 18:40
  • 25 iyun 2015-ci il tarixdə Qarabağ Regional Əməliyyatlar Ofisinin əməkdaşlarının İcmadaxili "Qarşılıqlı Görüş" üçün seçdiyi növbəti ünvan Ağcabədi rayonu Aran icması oldu. Amma bu ünvan təsadüfü seçilmədi. Bu tədbirdə ev sahibliyini öz üzərinə alan təşəbbüskar lider qadın, İcma Qrupunun aparıcı üzvü, kənd bələdiyyəsinin sədri Çiçək Şirəliyeva oldu. Zonadaxili Qarşılıqlı Görüşə dəvət edilmiş Ağcabədi rayonu Minəxorlu, Ağdam rayonu Böyükbəyli İcma Qrup üzvlərini və bizi Çiçək xanım öz üzvləri ilə birgə İcma otağının yerləşdiyi binanın qabağında qarşıladı və maraqlı bir tədbirə start verildi.
    Ümumi tanışlıqdan sonra Qarşılıqlı Görüş tədbirinin məqsədi və ümumi məlumat iştirakçıların diqqətinə çatdırıldı, “İcma töhfəsinin yığımı” mövzusu ətrafında interaktiv müzakirələr başlandı. İlk sözü ev sahibi Çiçək xanım açaraq iştirakçıları salamlayıb, AzKİL-2 ilə həyata keçirdikləri "Yolun təmiri " layihəsi zamanı İcma töhfəsi yığımının təşkili, Qrup üzvlərinin bu işdə məsuliyyətləri, eyni zamanda qarşılaşdığı çətinliklərdən söz etdi. Maraqlı söhbətlər, icma töhfəsinin yığımında tətbiq etdiyi üsullar, icma üzvləri ilə qurduğu ünsüyyət, digər iştirakçıların da söyklədikləri tədbiri maraqlı və axarlı etdi. Tədbirin belə keçməsi İcma töhfəsi yığmamış, yeni səfərbər olunmuş icmalar üçün faydalı bir təcrübə oldu. Tədbir boyunca mövzu ətrafında qadınların maraq yaradan fikirləri, istifadə etdikləri metodlar təqdirə layiq olmaqla həm də maraqlı oldu. İcma Qrup üzvləri icma töhfəsinin yığılmasının uğurlarını ictimai qınaq metodundan istifadədə, Bələdiyyə və Yerli İcra Nümayəndəliyinin dəstəyində, gənclərin əmək töhvəsi qoyuluşunda, icma üzvlərinə fərdi yanaşma və ünsiyyət yarada bilmə bacarıqlarında, icmada layihədən faydalanacaq sakinlərə düzgün təbliğat işlərinin aparmaqda gördülər.

    Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

    Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

    Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

    Zonadaxili Qarşılıqlı Görüş Ağcabədinin Aran icmasında reallaşdı

    Bölmələr: ---