» LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

 
 
 

LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

Baxılıb: 1164

  • Tarix: 25-06-2015, 11:48
  • Ləngan icması Masallı rayon mərkəzindən 20 km masafədə yerləşən və infrastrukturu zəif olan icmalardan biridir. İcmanın adından göründüyü kimi elə infrastrukturun inkişafı da bu icmada “ləng” gedib. LƏNGAN fars dilində LƏNGLƏR deməkdir. Kənd ağsaqqallarının dediklərinə görə əvvəllər bu icmada cəmi 7 ev olub və heç bir inkişaf(artım) olmadığından icma belə adlandırılıb. İcmanın əsas məşğuliyyəti əkinçilikdir. Bütün icma sakinləri kartof əkini ilə məşğul olurlar. Mövsümi iş və havanın çox isti olması ilə əlaqədar səfərbərliyə toplaşmaq bir qədər çətin olsa da, kənd sakini Yavər İsmayılovun sayəsində bu proses uğurlu alındı. O, öz həyətini iştirakçıların istifadəsinə vermiş, yaxınlarının və şəxsi maşınını icma sakinlərini toplamaq üçün evlərə göndərmişdi. Maraqlısı bu oldu ki, Yavər müəllim kartof sahələrində işləyən sakinləri çağırmaq üçün velosipeddən istifadə edirdi.
    İcmanın problemlərini sadaladıqca bitmir. Bunlardan ən acınacaqlısı isə məktəbdə sinif otaqlarının çatışmazlığıdır. Bu da icmada təhsilin səviyyəsinin aşağı olmasına səbəb olur. Ləngan məktəbi ibtidai məktəbdir. 4-cü sinifi bitirdikdən sonra oğlan şagirdlər və qızların bəzisi təhsil almaq üçün qonşu kənd məktəblərinə gedir. Qızların əksəriyyəti isə təhsilini yarımçıq qoyur. Elə buna görə də icma sakinləri yekdilliklə Məktəbdə sinif otaqlarının çatışmazlığı problemini seçdilər. İkinci ehtiyac Yolların bərbad vəziyyətdə olması problemi oldu.
    İnşaallah məktəb layihəsi sayəsində bütün sahələrdə inkişafınız sürətlənər Ləngan icması!

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    LƏNGAN İCMASI SƏFƏRBƏR OLUNDU

    Bölmələr: ---