» EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

 
 
 

EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

Baxılıb: 703

  • Tarix: 25-06-2015, 09:23
  • 24 iyun 2015-ci il tarixində, isti yay günündə yolumuz Ağdam rayonu Evoğlu icmasına düşdü. Yol boyu hərəkət etdikcə qarşılaşdığımız mənzərələrdən biri də zəhmətkeş kənd camaatının qızmar günün altında əkin-biçin sahəsində işləmələri oldu. İlk olaraq icmada fəal qadınlar bizi qarşıladılar, məktəbin foyesində hazırlıq işlərini aparana qədər diqqətimizi cəlb edən icma sakinlərinin tələsik məktəbə tərəf üz tutmaları oldu. Elə, səfərbərliyə başlayan kimi icma üzvləri öz ürək sözlərini, problemlərini bizə çatdırmağa başladılar.
    Ev sahibləri Kənd Ərazi İcra Nümayəndəsi Arzuman Muradov və Kənd Bələdiyyə Sədri Şamil Əhmədov Seminar iştirakçılarına öz xeyir-dualarını verib, təşəkkürlərini bildirdilər və İcmanın başladığı bu işə uğurlar dilədilər. Sonra kənd ağsaqqalı, İcma sakini Məmmədov Əmirin kəndin tarixi haqqında verdiyi geniş məlumat tədbiri daha da maraqlı etdi. Məlum oldu ki, XI əsrdən burada məskunlaşmağa başlayan əhalinin əsas məşğuliyyəti əkinçilik olub və icmada demək olar ki, infrastruktur tikililərin hamısı Sovetlər dönəmindən qalan tikililərdir ki, bu da kəndin müxtəlif infrastrukturlara çıxışının çox aşağı səviyyədə olmasının göstəricisi kimi qiymətləndirildi. Elə bu səbəbdən də seminar boyu kəndin qadınları su çatmır, yolumuz bərbaddır deməkdən yorulmadılar. Səfərbərlik boyunca təkliflər, çıxışlar səbrlə dinlənildi. Beləliklə, interaktiv keçən səfərbərlik öz işini icmanın ən vacib ehtiyacının və İcma Qrupunun seçimi ilə nəticələndirdi və Seminar öz işini başa çatdırdı.
    Biz də Eloğlu icmasına növbəti fəaliyyətlərində uğurlar diləyib ümüdlə icmadan yola düşdük!

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI

    EVOĞLUDA SƏFƏRBƏRLİK SEMİNARI



    Bölmələr: ---