» Sabirabad rayonunun Qardaşlar icmasında səfərbərlik seminarı

Sabirabad rayonunun Qardaşlar icmasında səfərbərlik seminarı

Baxılıb: 1294

  • Tarix: 24-06-2015, 08:45
  • Sabirabad rayonu Qardaşlar icmasında səfərbərlik seminarı keçirildi. Kənddə sosial infrastruktur olmadığı üçün 200 nəfərin iştirak etdiyi seminar bir kənd sakininin həyətində baş tutdu. Nəticə olaraq, problemlərin müqayisəsi zamanı icma üzvüləri tərəfindən əsas problem kimi "Tibb məntəqəsi binasının olmaması" önə çəkildi. Qardaşlar icması 3 kəndi - Qardaşkənd, Hacıbəbir, Çöldəllək kəndlərini özündə birləşdirir. Bu kəndləri bir araya gətirən əsas ehtiyac tibb məntəqəsi binasının olmamasıdır. Hal-hazırda fəaliyyət göstərən tibb məntəqəsi vaxtilə "kolxoz binası" deyilən tikintinin bir otağında yerləşir. Ümid edirik ki, Qardaşlar icması tez bir zamanda İcma İnkişafı sahəsində uğurlar əldə edib, AzKİL-dən maariflənib bu problemin həlli yolunu tapar.
    Yeni fəaliyyətiniz davamlı-uğurlu olsun Qardaşlar icması!

    Bölmələr: ---