» Göyçay Rayonunun Qaraxıdır İcmasında - "Şitillik İstixanasının Qurulması" Layihəsinin Açılış Mərasimi

Göyçay Rayonunun Qaraxıdır İcmasında - "Şitillik İstixanasının Qurulması" Layihəsinin Açılış Mərasimi

Baxılıb: 1909

  • Tarix: 20-06-2015, 13:07
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş növbəti pilot gəligətirən layihənin açılış mərasimi 19 iyun 2015-ci il tarixində Göyçay rayonunun Qaraxıdır icmasında baş tutdu. Qaraxıdır icması Göyçay rayon mərkəzindən 18 km aralıda yerləşir. İcmanın 1685 nəfər əhalisi var. İcmada və ətraf kəndlərdə gəlir gətirən sahələr üçün əlverişli şərait olsa da, konkret olaraq isə, şitillik-istixana sahəsinin inkişaf etdirilməsini üçün münbit şəraitin olmasına baxmayaraq bu sahədə indiyə qədər heç bir addım atılmamışdı. Əvvəllər kənd şitilə olan tələbatı qonşu bölgələrdən alınıb gətirilən və ya özlərinin ərsəyə gətirdikləri şitillər hesabına ödəyirdilər. Bu problemi həll etmək üçün AzKIL-in dəstəyi ilə layihə cərcivəsində 720 kvadrat metr sahəsi olan istixana qurulmuş,istixana qurulmuş, işcilər və gozətci ucun 28 kvadrat metr olcudə bina inşa edilmişdir. Ümumiyyətlə, 720 kvadrat metr olan şitillik istixanasının 420 kvadrat metr sahəsinin hər kvadrat metrində 420 ədəd olmaqla bir movsumdə 176400 ədəd əsasən pomidor şitilinin yetişdirilməsi planlaşdırılır.
    Artıq Qaraxıdır icmasında geniş icma yığncağında gizli səsvermə yolu ilə seçilmiş İcma Biznes Qrupu təsisçi olaraq özəl istehsal və xidmət göstərilməsi üzrə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmiş və icma üzvləri sahibkara çevrilmişlər. Bunun sayəsində ailələrin məşğulluq və gəlir əldə etmək imkanları genişlənib. Gözləntilər ondan ibarətdir ki, bu layihənin həyata keçirilməsi ailələrin iqtisadi durumuna müsbət təsir edəcək və əhalinin pul gəlirləri 15% artacaq. İlk fəaliyyəti dovrundə icma əhalisinin şitilə olan tələbatının 30%-ni odəyən muəssisə tədricən bu gostəricini 50-60%-ə catdıracaq.
    Layihənin açılışında Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, Dünya Bankının AzKİL üzrə Tapşırıq Meneceri cənab Daniel Ouen, AzKİL-in Direktor Müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə Menecer Gülbəniz xanım Qənbərova, AzKİL-2 Düzən Şirvan zonası üzrə Proqram Mütəxəssisi Xudayar Gülmalıyev, Qaraxıdır kənd bələdiyyəsinin sədri Qurban İbrahimov, kənd ağsaqqalları və ziyalılar, eləcədə AzKİL-in Bakıdan və regionlardan olan işçi heyəti iştirak etdilər.

    Bölmələr: ---