» Ağdam rayonunun Qaradağlı icmasında Məqsəd Qrupu Müzakirəsi keçirildi

 
 
 

Ağdam rayonunun Qaradağlı icmasında Məqsəd Qrupu Müzakirəsi keçirildi

Baxılıb: 1856

  • Tarix: 20-05-2015, 09:34
  • 19 may 2015-ci il tarixində AzKİL-2 Qarabağ Regional Əməliyyatlar Ofisinin əməkdaşları Ağdam rayonu Qaradağlı icmasında Məqsəd Qrupu Görüşü keçirmək üçün Qaradağlı icmasına səfər etdilər. Görüşdə Qarabağ Regional Əməliyyatlar Ofisinin Proqram Rəhbəri Əbülfət Əhmədov, RƏO-nun əməkdaşları Yəməntac Əmirova və Seymur Xəlilov iştirak etdi. İlk tanışlıq müsbət təssüratlarla başladı. Kənd ağsaqqalı, tarixi yaddaşa malik İdris Quliyev Qaradağlı kəndi haqqında görüş boyunca öz şirin xatirələri və dəlilləri ilə tədbirimizi maraqlı etməyi bacardı. Ərazi Kənd İcra Nümayəndəsi , Bələdiyyə Sədri, müəllimlər və tibb işçiləri, müxtəlif sahələrdən olan icma sakinləri AzKİL-2 məlumatını maraqla dinlədilər. Sonra AzKİL-2 Qaradağlı icmasının İştiraklı Kənd Qiymətləndirilməsi Seminarında iştirakını təmin etmək üçün onlara metodik təlimatlar verildi, Səfərbərlikdə iştirak etmənin vacibliyi diqqətlərinə çatdırıldı, İKQ metodları və onların tətbiqi və ondan əldə olunan nəticələr haqqında izahatlar verildi. Qadınlara xüsusi olaraq səslənildi, bütün qadınlar Səfərbərlik Seminarında iştirak üçün xəbərdar edildilər. Bundan başqa tədbirin sonunda kənd məktəbinin direktoru Gülnurə Muradova bizim tədbirə qatıldı və bizi məktəbə dəvət etdi, həmin vaxt məktəbdə əlifba bayramı keçirilirdi, elə həmin auditoriyadan da Qaradağlı icmasında 21 may 2015-ci tarixdə keçirilən Səfərbərlikdə iştirak etmək üçün bütün tədbirdə olan şagirdlərin valideynləri və müəllim heyətini Səfərbəriyə dəvət edildi. Beləliklə, məmnunluqla bizdən ayrılan Qaradağlı icma sakinləri uğurlu layihələrə atılacaq ilk addımlarında özlərində və bizdə ilk ümüd işıqlarını yandırmağa nail oldular.

    Ağdam rayonunun Qaradağlı icmasında Məqsəd Qrupu Müzakirəsi keçirildi

    Ağdam rayonunun Qaradağlı icmasında Məqsəd Qrupu Müzakirəsi keçirildi

    Ağdam rayonunun Qaradağlı icmasında Məqsəd Qrupu Müzakirəsi keçirildi

    Bölmələr: ---