» BÖYÜKBƏYLİNİN İCMA LİDERLƏRİ KƏNDİN STRATEJİ İNKİŞAF PLANINI HAZIRLAYIR

 
 
 

BÖYÜKBƏYLİNİN İCMA LİDERLƏRİ KƏNDİN STRATEJİ İNKİŞAF PLANINI HAZIRLAYIR

Baxılıb: 548

  • Tarix: 2-05-2015, 12:11
  • 01 may 2015-ci il tarixdə AzKİL-2 Qarabağ Regional Ofisi 30.04.2015-ci il tarixdə Səfərbər edilən Ağdam rayonu Böyükbəyli icmasına İcma Qrupu ilə Strateji Planlaşdırma fəaliyyətini yerinə yetirmək üçün icmaya yola düşdü. Səfərbərlik mərhələsinin 2-ci gününün proqramında olan Strateji Planlaşdırma fəaliyyətinə 5 nəfər İcma Qrupu üzvü və 3 nəfər İştiraklı Monitorinq Qrupu üzvü qatıldı.
    Öncə İcma və Monitorinq Qrup üzvləri ilə bir gün əvvəl keçirilən səfərbərlik prosesi, onun məqsədi və yadda qalan məqamlar haqqında sual-cavab edildi. Sonra İQ üzvlərinin təşkilatlanması aparıldı. Onlar öz öz aralarında səs verərək qrupun sədrini, müavinini, xəzinədarını seçdilər. İQ-nun sədri Asəf Əsədov oldu. Həmçinin Monitotinq üzvlərindən Elmin Mahmudov Monitorinq qrupunun sədri seçildi. Sonra İQ üzvlərinə vəzifə səlahiyyətləri, İcma Qrupunun Nizamnaməsi haqqında məlumat və İcma otağının təşkili və tərtibatı ilə bağlı ev tapşırıqları verildi.
    Strateji Planlaşdırma fəaliyyətində İQ üzvləri 5 vacib problem ətrafında onun səbəblərini və alternativ həlli yollarını analiz edib , hər birində İcmanın, hökümətin və donorun üzərinə düşən öhdəlikləri müəyyənləşdirdilər. İnteraktiv keçən Strateji Planlaşdırma fəaliyyəti sonda İQ-na ictimai xəritənin tərtibi və hazırlanması ilə verilən ev tapşırığı ilə başa çatdı.
    Strateji Planlaşdırma fəaliyyətinin sonunda İQ-na növbəti mərhələnin təlimlər olduğu xatırladıldı.
    Rəy: Böyükbəyli İcma Qrupu AzKİL-2 ilə layihə etməyə maraqlıdır, Ərazi İcra Nümayəndəsi və Bələdiyyə arasındakı münasibətlər uyğundur, İQ-da qadın üzvlərin aktivliyi vardır, problemlərin həlli yollarına alternativ həll yollarını araşdıra bilirlər, verilən ev tapşırıqlarına maraq göstərdilər və öz aralarında iş bölgüsü apardılar, icma töhvəsini yığmağa hazırdılar.
    Strateji Planlaşdırma fəaliyyətini Böyükbəyli İcma Qrupu ilə Qarabağ Regional Ofisinin əməkdaşları Yəməntac Əmirova və Surəyya Həsənova apardı.

    BÖYÜKBƏYLİNİN İCMA LİDERLƏRİ KƏNDİN STRATEJİ İNKİŞAF PLANINI HAZIRLAYIR

    BÖYÜKBƏYLİNİN İCMA LİDERLƏRİ KƏNDİN STRATEJİ İNKİŞAF PLANINI HAZIRLAYIR

    BÖYÜKBƏYLİNİN İCMA LİDERLƏRİ KƏNDİN STRATEJİ İNKİŞAF PLANINI HAZIRLAYIR

    BÖYÜKBƏYLİNİN İCMA LİDERLƏRİ KƏNDİN STRATEJİ İNKİŞAF PLANINI HAZIRLAYIR

    Bölmələr: ---