» İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

 
 
 

İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

Baxılıb: 818

  • Tarix: 29-04-2015, 23:51
  • 29 Aprel 2015-ci il tarixində Qarabağ Regional Ofisinin əməkdaşları Yəməntac Əmirova, Heydər Əliyev, Surəyya Həsənova İlkin İcma Qiymətləndirməsi üçün yola düşdü. Qarabağ zonasında növbəti ünvan Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi oldu. Ərazi dairəsi Aşağı və Yuxarı Qiyaməddinli kəndini əhatə edir, əhalisi 3810 nəfər olan Yuxarı Qiyaməddinli kəndində bizi Kənd Bələdiyyə Şurasının Sədri, Ərazi İcra Nümayəndəsi, məktəb direktoru və müəllimlər, kənd ağsaqqları qarşıladılar. Kəndə girişimizdə ilk təəssüratımız bu yeni icmanın gülər üzü oldu. Hiss olundu ki, bu kənddə kəndin Ərazi İcra Nümayəndəsi və Bələdiyyə Sədri arasında münasibət yaxşıdır, icma üzvləri kəndin problemlərinin həlli üçün səy göstərirlər. İlk tanışlıqdan sonra icmanın statusu, məskunlaşma taixi, infrstruktur göstəriciləri, icma resursları, icmanın Hökümət və qeyri Hökümət Təşkilatları ilə əlaqələri və qonşu icmalara inteqrasiya səviyyəsi, ən əsası isə səfərbərlik cəhdləri qiymətləndirildi. Belə rəyə gəlindi ki, bu icmanın infrastrukturu aşağı səviyyədədir, icma üvləri öz problemlərinin həlli üçün maraqlıdırlar, AzKİL haqqında məlumatları vardır, çünki qonşu kənd - Aşağı Qiyaməddinli icması "Yolun bərpası" layihəsini AzKİL ilə artıq həyata keçiriblər, nəticəsi də göz qabağındadır.

    İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

    İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

    İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

    İCMALARDA İLKİN QİYMƏTLƏNDİRMƏLƏR DAVAM EDİR

    Bölmələr: ---