» Qəbələ Rayonunun Mamaylı İcmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

Qəbələ Rayonunun Mamaylı İcmasında İştiraklı Kənd Qiymətləndirməsi Seminarı

Baxılıb: 2166

  • Tarix: 2-04-2015, 16:41
  • Dünya xalqlarının gülüş bayramı günü kimi qeyd etdiyi iliq 01 aprel günündə yolumuz qədim Qəbələ diyarına düşdü. İstiqamətimiz Qəbələ rayonunun Mamaylı kəndi idi. Kənd əhalisi İştiraklı Kənd qiymətləndirməsi seminarı nın keçirilməsi üçün orta məktəb binasında toplaşmışdı. Bu kənddə daxil olarkən insanların üzündəki qəribə sevinc və gülüş izləri dərhal diqqətimizi çəkdi. Düşündük ki, bu gün gülüş günüdür yəqin insanlar bir-biri ilə zarafat edir, deyibgülür. Kənd tarixçəsi hazırlanarkən məlum oldu ki, bu kəndin adı vaxti ilə burada bir müddət yaşamış Mamay xanın adı ilə bağlıdır. Problem ardıcıllığı prosesi zamanı kənddə əsas problemin yolların yararsız olması yekdilliklə qəbul edildi. Əhali öz seçiminə münasibətini alqışlarla bildirdi. Əsas diqqətimizi çəkən hadisə isə icma qrupuna səsvermə zamanı qutuya hər dəfə bülleten atan hər kəsin Allah xeyir versindeməyi oldu. Maraqlandım və ağsaqqal Elsevər dayıdan soruşdum ki, niyə hamı bir nəfər kimi bu ifadəni işlədir. O dedi: Qızım, bizim camaat yolların bərbad olmasından çox əziyyət çəkir ona görə də sizin avtomobil buraya yaxınlaşandan artıq camaatımızın gözündə ümid işığı yandı. Hamımız qutuya səslərimizi saldıqca Allah xeyir versin! deyirik ki işimiz avand olsun və sizin köməkliyiniz sayəsində tezliklə öz həllini tapsın. İnsanların üzündəki sevincin mənbəyi indi mənə daha aydın oldu.
    Bu kənddlə bağlı daha maraqlı bir fakt isə Qəbələ rayonundan Ali sovetə seçilmiş olan ilk deputat məhz Mamaylı kəndindən olan Allahverdi İsrailov olmuşdur.

    Bölmələr: ---